SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4801_demokratik-n-n-l-rin-inkisafi-aygun-sabiyeva-yardi

REGİON

Hamısı

Demokratik ənənələrin inkişafı - Aygün Şabiyeva - Yardımlı

(2 Yil, 1 Ay öncə) 753 İzlenme 0 Yorum
Demokratik ənənələrin inkişafı - Aygün Şabiyeva - Yardımlı

ÜMİDTV:       Bu gün ölkənin lider partiyası olan Yeni Azərbaycan Partiyası öz demokratikliyi, humanizm ideyaları ilə fərqlənən partiyadır.

Bu sözləri, Yardımlı rayon YAP Qadınlar Şurasının sədri  Aygün Şabiyeva umidtv.com saytına müsahibəsində bildirib. 

Müsahibimiz qeyd etdi ki, "YAP hər zaman xalqımızın həyatında baş verən bütün taleyüklü məsəllərin həlli yolunda dönməz əqidə,Vətən, xalq sevgisi ilə fədakarlıq göstərmişdir. Öz ədalətli və səmərəli fəaliyyəti ilə Azərbaycanın çiçəklənməsi istiqamətində atdığı mühüm addımlarla YAP daim quruculuğun önündə addımlamışdır.

 

Azərbaycan vətəndaşlarının rəğbətini qazanan,insanların kütləvi şəkildə sıralarına qoşulduğu bu hakim partiya fəal,əqidəli və Azərbaycan hədəflərinə doğru gedən yolda qətiyyətli üzvlərinin zəhmətinin bəhrəsidir. Əldə edilən, qazanılan uğurlarla Azərbaycan dövlətini,onun iqtisadiyyatını, tərəqqisini,beynəlxalq arenadakı nailiyyətlərini, bölgədə və dünyada artan nüfuzunu yarandığı gündən qorumuş, Azərbaycan dövlətinin həyatını yaşamışdır.

 

YAP-ın bu uğurları ,bu gücü, təbii ki, Heydər Əliyev şəxsiyyətinin, O şəxsiyyətin Azərbaycan üçün gördüyü işlərlə, eyni zamanda işıqlı gələcək üçün müəyyənləşdirdiyi siyasi xətlə birbaşa bağlıdır. Partiya üzvləri öz potensiallarını partiyanın sıralarında daha yaxşı gerçəkləşdirə bilirlər.Belə ki,Azərbaycandakı mövcud siyasi təşkilatların içərisində yalnız YAP heç bir partiya üzvü olmayan vətəndaşlara diqqət və qayğı göstərir və bu birmənalıdır.Yeni Azərbaycan Partiyasında təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Partiyanın milli maraqlara əsaslanan siyasət həyata keçirməsi,vətəndaşlara xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar vətəndaşların YAP-a üz tutmasını şərtləndirən amillərdir. Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən,əvəzsiz qələbələr qazanan İlham Əliyevin xalqımız və Vətənimiz üçün gördüyü möhtəşəm işlər YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarına çevrilmişdir.

 

Bugünkü nailiyyətlərin təşkilatçısı, iştirakçısı, hərəkətverici, aparıcı qüvvəsi kimi çıxış edən YAP-ın sıralarında siyasi yolu, ideologiyanı, inkişaf yolunu görməmək mümkün deyil. Azərbaycanın regionda və dünyada tutduğu mövqeyin, qazandığı nüfuzunun, artan gücünün şahidiyik.Yaşadıqlarımız və qazandıqlarımızla qürur hissi keçiririk. YAP-ın VII qurultayında demokratik inkişafa əsaslanan.Cənab Prezident geniş nitq söyləmişdir: "Ümumi məsələlər Qarabağ məsələsidir.

 

Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir,demokratiyanın inkişafıdır,iqtisadi azadlıqların bərqərar olmasıdır,ölkəmizin güclənməsidir...",-fikrini hər bir azərbaycanlıya ünvanlayan Prezident Azərbaycan naminə yaşamağın dəyərlərini və fəxarətini möhtəşəm nitqlə çatdırırdı. "Biz birlikdə güclüyük"şüarı milli birliyimizin simvoluna çevrilərək,6 siyasi partiyanın dövlət və milli maraqlar naminə YAP-a birləşməsində əsas rol oynamışdır. Bu isə YAP-ın gücünden,etibar və inamından irəli gəlir."

Yardımlı rayon YAP Qadınlar Şurasının sədri  Aygün Şabiyeva

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı