SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3904_s-m-d-seyidov-qht-l-rin-f-aliyy-tini-asanlasdirmaq

SİYASƏT

Hamısı

Səməd Seyidov: QHT-lərin fəaliyyətini asanlaşdırmaq məqsədilə kommunikasiyanın elektronlaşdırılması onlara böyük dəstəkdir

(2 Yil, 4 Ay öncə) 1,24 B İzlenme 0 Yorum
Səməd Seyidov: QHT-lərin fəaliyyətini asanlaşdırmaq məqsədilə kommunikasiyanın elektronlaşdırılması onlara böyük dəstəkdir

ÜMİDTV:   İmkandan istifadə edib Assambleya üzvlərinin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Prezidenti Qeyri-hökumət Təşkilatlarının (QHT) fəaliyyətinin asanlaşdırılması ilə bağlı fərman imzalayıb. Fərman QHT-lərin fəaliyyəti və inkişafı üçün böyük əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları və hökumət arasında əlaqələrin asanlaşdırılması məqsədilə onlar arasındakı kommunikasiya elektronlaşdırılıb. Bu həqiqətən də QHT-lər üçün böyük dəstəkdir.

 Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında “Avropa Şurasına üzv ölkələrdə QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlər” adlı məruzə ilə bağlı debatlardakı çıxışında deyib.
Nümayəndə heyətimizin rəhbəri bildirib ki, ondan əvvəlki natiqin QHT-lərin demokratiyanın bir hissəsi olması ilə bağlı fikrini bölüşür. Ancaq demokratiyanı məsuliyyətsiz təsəvvür etmək olmaz. Bu qeyri-mümkündür.
“Hər birimizin məsuliyyət hissi var, seçicilərimiz qarşısında üzərimizə düşən vəzifə ilə bağlı məsuliyyət daşıyırıq. Məsuliyyətlilik hissi etimad yaradır. Bu çox vacibdir. Təəssüf ki, bəzən bəzi QHT-lərin məsuliyyətsiz olduğunu görürük. Buna görə ilk növbədə düşünməliyik ki, bunu necə həll edə bilərik və nə etməliyik. QHT-lərin fəaliyyəti daha şəffaf olmalıdır”, - deyə S.Seyidov bildirib.
Diqqətə çatdırıb ki, təqdim olunan məruzədə qeyd edildiyi kimi QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı problemlər təkcə sadalanan 4 ölkədə deyil. Bu ölkələrlə kifayətlənmək ədalətli olmaz. Bir çox ölkələrdə, hətta Avropa Şurasının üzvü olmayan ölkələrdə də QHT-lərlə bağlı müxtəlif problemlər mövcuddur.
“Əgər bu məruzədə sadalanan 4 ölkə ilə razılaşıb qalsaq, bu, o deməkdir ki, məruzə tamamlanmayıb. Buna görə də əgər həqiqətən QHT-lərə əsil dəstəkdən, demokratiyadan, nə etməli olduğumuzdan danışırıqsa, yardım etmək istəyiriksə onda yeni mühit yaratmalıyıq. Məsuliyyətli QHT-lər yaratmaq lazımdır ki, Avropada və digər ölkələrdə insanlarda onların fəaliyyətinə etimad yaransın”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı