SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3870_az-rbaycan-diplomati-meksika-m-tbuatinda-erm-ni-t-

SİYASƏT

Hamısı

Azərbaycan diplomatı Meksika mətbuatında erməni təcavüzünü işfa etdi

(2 Yil, 4 Ay öncə) 1,13 B İzlenme 0 Yorum
Azərbaycan diplomatı Meksika mətbuatında erməni təcavüzünü işfa etdi

 

ÜMİDTV:       Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur bölgəsinin sovet rəhbərliyi tərəfindən Ermənistana bağışlanması, erməni təcavüzünün tarixi, münaqişə ərzində erməni tərəfinin törətdiyi insanlıq əleyhinə cinayətlər və münaqişənin beynəlxalq hüquqi aspektləri barədə məlumat verib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə son 30 il ərzində Ermənistan tərəfindən məhəl qoyulmadığını deyən səfir bu sənədlərin növbəti erməni təxribatı nəticəsindən başlanmış 44 günlük müharibə zamanı hərbi-siyasi yolla öz icrasını tapdığını, azad olunmuş şəhərlərimizin işğalçılar tərəfindən dağıdıldığını və burada ölkəmizə aid tarixi-mədəni irsin məhv edildiyini bildirib.

Qondarma “erməni soyqırımı” ilə Holokost arasında paralellər aparılması, habelə İsrailin Azərbaycana yardım etməsi ilə bağlı arqumentlərə münasibətdə diplomat Azərbaycanın İsrail dövləti və yəhudi xalqı ilə yaxın münasibətləri olduğu, ölkəmizin ümumiyyətlə bütün dünyada çoxmədəniyyətlilik məkanı kimi tanındığı, burada yəhudi, erməni, gürcü, rus və digər 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların əsrlər boyu sülh içində birgə yaşadığı, Roma papası Fransiskin ölkəmizə səfəri zamanı Azərbaycanı tolerantlıq modeli adlandırdığını qeyd edib və erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun Bakıda abidəsi olduğu halda, Ermənistan paytaxtında Holokostın birbaşa iştirakçısı, nasistlərlə iş birliyi olan Qaregin Njdenin heykəlinin ucaldılması arasında təzada diqqət çəkib.

Sonda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 11 yanvar bəyanatının regionda kommunikasiyalar və nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutduğu, iki ölkə arasında davamlı sülhün yaradılmasının regionun bütün xalqlarına fayda gətirəcəyi, bunun üçün Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli olduğu, bu ölkənin dostlarının da onu daha da qızışdırmaq əvəzinə, onu barışığa səsləməli olduğu qeyd edilib


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı