“Azərbaycan bankları üçün yeni maliyyə standartları”
“Azərbaycan bankları üçün yeni maliyyə standartları”
Gələn ildən Azərbaycan bankları 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə məlumat verib. O, ekoloji, sosial və idarəetmə (ESİ) ilə bağlı risklərin risklərin idarə edilməsi sisteminə inteqrasiya olunmalı olduğunu vurğulayıb.
Əhmədzadə bildirib ki, bu risklər ayrıca risk kateqoriyası kimi deyil, əvvəldən mövcud olan risklərə təsir kanalları vasitəsilə nəzərə alınmalıdır. Eyni zamanda, daxili audit bölməsindən ESİ risklərinin necə idarə olunduğunun yoxlanılması və qiymətləndirilməsi tələb olunur. ESİ hədəflərinə nail olunması ilə bağlı məsələlər mükafatlandırma sistemində də öz əksini tapmalıdır.
Korporativ idarəetmə standartlarının 5 saylı əlavəsinə əsasən, 2027-ci ilin I rübündən banklar etibarən dayanıqlılıq göstəriciləri ilə bağlı məlumatlar açıqlamalıdırlar. Bu məlumatlar 4 istiqamət üzrə qruplaşdırılaraq təqdim ediləcək: idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri.
Əhmədzadə, dayanıqlılıq məlumatlarının açıqlanması üzrə beynəlxalq çərçivələrdən biri olan TCFD (Task Force on Climate-related Financial Disclosures) və hazırda 50-yə yaxın yurisdiksiyada qəbul edilmiş IFRS S1 və S2 standartlarının da bu sahədə əsas rol oynadığını qeyd edib. Banklardan tələb edilən məlumatların əhatə dairəsi, beynəlxalq çərçivələrlə, xüsusilə IFRS standartları ilə müqayisədə hələ tam detallı və əhatəli deyil.
Onun sözlərinə görə, burada əsas məqsəd bankların hazırkı hazırlıq səviyyəsini və potensialını nəzərə almaq, onlara keçid dövrü verməkdir. Gələcək mərhələlərdə isə bu sahədə açıqlama və hesabatlılıq tələblərinin daha da genişləndiriləcəyi gözlənilir. Bankların ESİ üzrə vəzifə və səlahiyyət bölgüsü, rəhbərliyin bacarıqları, bunların mükafatlandırma siyasətində nəzərə alınması açıqlamalarını istəyirik.
Bundan əlavə, Əhmədzadə bankların "yaşıl kreditlərlə" yanaşı maliyyələşdirdikləri emissiyaları açıqlamalı olduğunu, bankların iqlim və digər ESİ risklərinin onların biznes modellərinə təsirini necə qiymətləndirdiklərini açıqlamalarını tələb edir. Eyni zamanda, iqlim hədəfləri və ya keçid planları barədədə məlumat verməli, dayanıqlı məhsul və xidmətləri varsa, onları təqdim etməlidir.
Qeyd edilən risklərin, xüsusilə fiziki və keçid riskləri üzrə bankların hər bir riski ayrı-ayrılıqda necə qiymətləndirdiyi, bu risklərin qısa, orta və uzunmüddətli dövrlərdə hansı təsirlərə malik olduğu açıqlanmalıdır. Əgər stress-testlərdən istifadə olunursa, onların nəticələri də cəmiyyətə təqdim edilməlidir. Kəmiyyət məlumatlarına gəldikdə isə, banklardan yaşıl kreditlərin, həmçinin dayanıqlılıqla əlaqəli kreditlərin həcmini, iqtisadi sektorlar üzrə maliyyələşdirdikləri kreditləri və bunun nəticəsində yaranan maliyyələşdirilmiş emissiyaları açıqlamalarını istəyirik.
```

