"Ekstrasens Etibar: Aldanma və Sosial Manipulyasiya"

Bəzən insanlar problemlərindən azad olmaq üçün çıxış yolunu falçılara,ekstrasenslərə üz tutmaqda görürlər

"Ekstrasens Etibar: Aldanma və Sosial Manipulyasiya"

Bəzən insanlar problemlərindən azad olmaq üçün çıxış yolunu falçilara, ekstrasenslərə üz tutmaqda görürlər. Sanki, bu yolla hər şey yoluna düşəcək. Dinimizə görə falçılığa, ekstrasensə inanmaq Tanrıya şirki qoşmaq kimi qəbul edilir. Cadu ilə məşğul olmaq və cadu etdirmək də böyük günah, çirkin bir əməl hesab olunur.

Amma cəmiyyətimizdə ekstrasens (yəni müasir falçı) adı altında insanların pulunu mənimsəyən kifayət qədər firildaqçılar da az deyil. Onlar çirkin fəaliyyətlərini məhz sosial səbəblər üzərindən apararaq, qurbanlarını geniş təbliğatları ilə özlərinə təslim etməyi bacarırlar.

Xalq-a müraciət edən ekstrasenslərin toruna düşən şəxslər bildiriblər ki, özünü sosial platformada “Ekstrasens Etibar” adı ilə reklam edən Etibar Qəhramanovdur. Deyilənin görə, “Ekstrasens Etibar”ın qəbulu 50 manatdan başlayır. Daha sonra isə bu məbləğ rituallara görə artır və insanları ovsunlayaraq min manatdan çox pul alır.

Ona üz tutan mövhumatçılar onun öncəgörülük bacarığına inanaraq gələcək işlərini proqnozlaşdırmaq üçün onun istədiyi pulu verirlər. Aldatmaq, inandırmaq qabiliyyətinə yiyələnmiş Etibar Qəhramanov isə bütün işlərini din pərdəsi altında təqdim edir.

Kimdir bu Etibar Qəhramanov? Özünü nömrə 1 adlandıran və rəqibi olmayan müxtəlif rituallarla insanları ovsunlayan ekstrasens hətta sahibkarlıqla da məşğuldur. Mistik aksessuarlar, enerjili daşlar, təsirli talismanlar və unikal bir alım təklifi edən Azadlıq prospektində Sehr və enerjinin ünvani olan “TalesmanLandBaku” adı altında insanlarin bürclərinə görə şir satan, müxtəlif daşlardan enerji bəxş edən “Ekstrasens Etibar” hətta baxıcı kimi bəxtləri açır, gizli sövdələşmələri aşkar edir, sevgilisi olanları evinə qaytarır, xəstəlikləri sağaldır, və daha nələrə qadir olduğunu sosial platformada yayım edir.

Bu kimi hadisələri cəmiyyətimizdə qəbul edənlər az deyil. Müxtəlif üsullarla insanları ovsunlayıb öz çirkin əmələlərinə inandıran ekstrasenslərin sonu isə hüquq-mühafizə orqanlarının qanunvericiliklə sualları ilə qarşılaşırlar. Cavabları isə “Mən insanları dinə dəvət edərək, onlara kömək edirdim” deməklə kifayətlər. Belə hadisələr isə az olmayıb. Müxtəlif vaxtlarda hüquq-mühafizə orqanları bu kimi şəxslərlə ciddi şəkildə mübarizə aparır və nəticədə onlar ifşa edilərək qanunvericiliklə öz cəzalarını alırlar.

Məlumatlara görə, “Ekstrasens Etibar”dan kömək uman insanlar arasında müşhur simalar, televiziya aparıcıları, rəsmi şəxslər də az deyil. Göydən səs eşidən “Ekstrasens Etibar” sevgilisi cin olanları da aşkar edə bilir. Bu nə biabırçılıqdır, nə avamlıqdır? İnsanları müxtəlif bəhanələrlə ovsunlayıb daha çox pul almaq məqsədi ilə min cür fikirlər irəli sürərək öz çirkin əmələlərini rahatlıqla həyata keçirə bilir.

Bütün bu cinlər, sancaq ilə saç burma prosesləri vahimə haradan sözlər? “Ekstrasens Etibar” isə belə əmələləri bu gündə davam etdirməkdədir. Məsələ ilə bağlı araşdırmalarımız zaman daha dəhşətli hadisələr barəsində məlumatlar əldə olunub. Məlumatlar geniş rezonans doğuracaq. Faktları əldə etdikdə oxucularımıza təqdim edəcəyik.

Buna görə elm və din xadimləri çağırış edir ki, insanlar həyata rasional yanaşmalı, elmi və dini əsası olmayan falçılıq və ekstrasenslik kimi çirkin işdən uzaq olmalıdırlar. İnsanlar əminliklə bilməlidirlər ki, Allah hər kəsə iradə azadlığı, seçim imkanları verib və taleyimizin necə olmasi bizim bu gün hansı addımı atacağımızdan asılıdır, falçıların, ekstrasenslərin verdiyi proqnozlardan yox. Həyata doğru-düzgün baxışla yanaşıb, həm rasional, həm də mənəvi cəhətdən düzgün addımlar atsak, gələcəyimiz mütləq xoşbəxt olar.

Bəs, “Ekstrasens Etibar”ın “toru”na nə qədər adam düşüb? Bu isə hüquq-mühafizə orqanlarının ciddi araşdırmasının nəticəsində məlum olacaq. İnanırıq ki, hüquq-mühafizə orqanları öz araşdırmalarını apararaq lazımi tədbirlər görəcəklər.