"Böyük Vətən Müharibəsi: Nostalgia və Gerçəklik"

Mayın 9-da Böyük Vətən müharibəsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və onun yaxın çevrəsi sinələrinə “Georgi lenti” taxaraq Sarıxanlı kəndində bayram mərasimi təşkil etdilər

"Böyük Vətən Müharibəsi: Nostalgia və Gerçəklik"
```html

Mayın 9-da Böyük Vətən müharibəsinin 80 illiyi münasibəti ilə keçirilən tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və onun yaxın çevrəsi sinələrinə "Georgi lentini" taxaraq Sarıxanlı kəndində bayram mərasimi təşkil etdilər. İlk baxışda adi, simvolik bir tədbir təsiri bağışlasa da, bu görüntülərin arxasında ciddi və düşündürücü suallar dayanır.

Azərbaycan xalqı olaraq Böyük Vətən müharibəsində döyüşmüş babalarımızın, nənələrimizin fədakarlığını heç vaxt unutmadıq və unutmayacağıq. Həmin müharibədə Sovet ordusunun tərkibində 600 mindən artıq azərbaycanlı döyüşüb. Bu, bizim tariximizin bir hissəsidir. Amma bu gün Azərbaycan müstəqil dövlətdir - öz bayrağı, ordusu, qəhrəmanları və qələbələri ilə dünya səhnəsində söz sahibi olan bir ölkədir.

Sual yaranır: Saleh Səmədov indiyə qədər Azərbaycanın hansı milli bayramını, hansı zəfərini bu cür coşğu ilə qeyd edib? Hansı dövlət tədbirində eyni həvəs və nümayişkarlıqla ön sırada olub? Cavab məlumdur: heç birində. Lakin 9 Mayda SSRİ-ni simvolizə edən bayrağı qaldırmaqdan, Georgi lentini sinəsinə taxmaqdan çəkinməyib. Yanına da keçmiş həssaslıqla baxan bir qrup tərəfdarını toplayaraq sovet dövrünü xatırladan "qələbə tədbiri" keçirib.

Öncə düşündüm ki, bəlkə Saleh müəllim özü müharibə iştirakçisidir və bu gün onun üçün şəxsi anlam daşiyir. Ancaq araşdırma göstərdi ki, o, Stalin öldükdən düz on il sonra - 1962-ci ildədə doğulub. Yəni müharibə ililə nə yaş, nə də emosional baxımdan heç bir əlaqəsi yoxdur.

Saleh Səmədovun bioqrafiyasına nəzər saldıqda məlum olur ki, 1983–1985-ci illərdə İmişli Rabitə Stansiyasında anbar müdiri işləyib, daha sonra müxtəlif sahələrdə fəaliyyət göstərib. Nəticədə biznesi atılaraq böyük sərvət toplayıb. "Kral Saray" şadlıq evi, "Kral" çay evləri, uşaq bağçası, çörək sexi, spirt-sirə zavodu, kolbasa sexi, heyvandarlıq və donuz ferması, istixana, eləcə də Bakıda villalar, restoranlar, marketlər və tikinti şirkəti - bu, onun sahib olduğu obyektlərin yalnız bir hissəsidir. Bir zamanlar sürdüyü "Rolls Royce" (90 AA 679) isə bu sərvətin nümayişkaranə nümunəsidir.

Belə imkanlara sahib bir şəxsin SSRİ bayrağını qaldırmasına etiraz edən jurnalisti təhqir etməsi isə tamamilə qınanılmazdır. Axı atalar deyib: "Danışanın kim olduğuna yox, niyə danışdığına bax." Görünür, Saleh müəllimi bu davranışa sövq edən keçmişə olan bağlılıq deyil, məhz həmin keçmişdən qazandığı imtiyazlardır - nostalji pərdə arxasında gizlənmiş iqtisadi rahatlıq və şəxsi maraqlar.

Mən və atam həyatımız boyu bu dövlətə təmnassız xidmət etmişik. Mənim 20, atamın isə 50 illik əmək təcrübəsi var. Dövlətçiliyə sadiq çalışmışıq. Lakin bu gün nə mənim, nə də atamın adına bir sot torpaq belə yoxdur. Saleh Səmədov isə sovet rəmzlərinə olan "sevgi" ilə milyonlara sahib olub.

Saleh müllim deyir ki, "gənc nəsil o bayrağı tanımır, biz isə onun saldarı altında doğulmuşuq." Amma bu günün gəncləri Azərbaycan Prezidentinin rəhbərliyi ilə tarix yazdılar. 44 günlük Vətən müharibəsində igidlərimiz üçrəngli bayrağımızın kölgəsində döyüşdülər, şəhid və qazi oldular. Bəs sizin ailənizdən, nəvənizdən kim bu savaşa iştirak edib? Bu sual hələ də cavabsız qalır.

Siz bir müsahibənizdə demisiniz: "Bir dövlətin içində bir bayraq olar, küçələrdə Türkiyə bayrağı dalgalanır." O zaman sual yaranır: siz niyə SSRİ bayrağını qaldırırsınız? Axı SSRİ artıq tarixdir, yoxdur. Türkiyə isə bizim qardaş dövlətimizdir - bir dilin, bir dinin, bir soyun davamıdır. Türk bayrağının dalgalanmasından narahat olmaq nəyə xidmət edir? Buradakı cavab aydındır: türk kimliyindən uzaq düşmüşlər üçün rus rəmzləri doğma, türk simvolları isə yad görünür.

Unutmayaq: müstəqil Azərbaycanın, onun bayrağını, suverenliyini sevməyən şəxs bu torpağın dəyərini anlaya bilməz. Bu gün məktəblərimizdə, ali təhsil ocaqlarında, ailələrdə SSRİ-nin rəmzləri deyil, Şanlı Zəfərimizin dastanı, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq yolu təbliğ olunur. Müəllimlər, yazıçılar, sənət adamları bu ruhu aşılayır. Siz isə gənclərin sovet bayrağını tanımamasını qınayırsınız. Amma sual budur: kimə və nəyə lazımdır o bayraq?

Tarixə hörmət etmək - onu təkrarlamaq deyil, dərs çıxarmaqdır. Saleh Səmədov və onun kimi keçmişin təsirindən çıxmayanlar anlamalıdırlar ki, Azərbaycanın gələcəyi qırmızı sovet bayrağında deyil, üçrəngli, ay-ulduzlu bayrağımızın işığında yazılır. Və bu bayraq altında yalnız simvolik yox, əsl zəfərlər qazanılır.

Savalan Talibli/AzTimes.az/ ```