"Qanunsuz tikililər: Nəsimi RIH-dən göz yumması!"

Asif ?sg?rov öt?n il sentyabrın 1-d? keçirilmiş növbədanxəkar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçildikdən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. O vaxtdan Nəsimi RIH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni müvəqqəti olaraq RIH başçısının müavini Zahid Xəlilov icra edir.
Hazırki vəziyyət budur ki, RIH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərə baxan yoxdur. Başqa müavinlər də həri öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur. Lakin o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikinti nəzarət sahəsini əlində keçirib. Xəlilovun bu işdə ən yaxın silahdaşı RIH-nin memarı Elşən Rüstəmovdur.
Əslində onların qeyd olunan müstəndiqdə işi görməməkdən, daha doğrusu, qanunsuz tikililəri aparan şəxslərə "səni görmüşük, sən də bizi gör" deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmirik, özbaşına, Tikinti Məcəlləsinin tələblərinin müsaadəsi ilə inşaat həyata keçirənlərə "çətir" tövsiyə edilir.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Mir Cəlal küçəsi – 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsimində yerləşən "Çinar" restoranının arxasında qanunsuz kabinetlər inşa edilir. Öyrəndiyimiz qədərincə, sözügedən kabinetlərin inşasına görə icazə alınmayıb. Bu isə Səhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir.
Bu naqisliyi Nəsimi Rayon Icra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Səhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ərazi idarəsinin də görməmələri qeyri-mümkündür. Nəzarətçi qurumların vəzifəli şəxslərinin sahibkarlara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına tamahkarlıqla göz yummasına inanmaq sadəlövhlük olar.
Redaksiya olaraq, müvafiq qurumların aşkar etdiyimiz qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.