"DIM-in fəaliyyətində hüquqi və etik problemlər"

Dövl?t İmtahan Mərkəzinin (DIM) Fəaliyyəti Haqqında Tenqidlər
Dövl?t İmtahan Mərkəzinin (DIM) fəaliyyəti cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq doğurur. Təhsil eksperti Kamran Əsədovun bu qurumla bağlı səsləndirdiyi tənqidi fikirlər, DIM-in yalnız texniki və inzibati deyil, həm də hüquqi və etik səlahiyyət çərçivələrini aşdığını göstərir. Onun müsahibələrinə əsasən, bu gün DIM sadəcə imtahanların təşkil və qiymətləndirilməsi ilə kifayətlənmir - həm də normativ hüquqi akt funksiyasını yerinə yetirməyə cəhd göstərir ki, bu da hüquqi baxımdan qət edilmiş presedentdir.
Əsas narahatlıq doğuran məqamlardan biri – qəbul imtahanlarına dair qaydaların DIM tərəfindən hüquqi baza olmadan dəyişdirilməsidir. Kamran Əsədov qeyd edir ki, I ixtisas qrupu üzrə 2025-ci il qəbul meyarları hələ Nazirlər Kabinetinin 6 may tarixli qərarı verilməzdən öncə – 17 aprel tarixində DIM tərəfindən elan olunub. Bu isə ölkənin hüquqi sistemində mühüm prinsip olan "geriyə qüvvə olmama" prinsipini pozur.
Ekspert bu halı açıq şəkildə özbaşınalıq kimi qiymətləndirir: "Eyni hal V ixtisas qrupu üzrə də yaşanıb – ötən il 60 bal olan müsabiqə şərti bu il 70-80 bala yüksəldilib. Bu dəyişikliklər isə, ən narahatedici məqam olaraq, imtahanlardan sonra elan olunub. Yəni abituriyent imtahan verib nəticə gözlədiyi vaxtda DIM qaydanı dəyişib. Bu, nəinki hüquqa, həm də etikaya zidd addımdır və ictimai etimadı sarsıdır."
K. Əsədovun sözlərinə görə, DIM-in fəaliyyəti texniki baxımdan da ciddi suallar doğurur. O, iddia edir ki, 2025-ci il buraxılış imtahanlarında eşitmə aparatlarının keyfiyyətsiz işləməsi, bəzən isə ümumiyyətlə işləməməsi halları müşahidə olunub. Xüsusilə xarici dil imtahanlarında bu texniki problemlər nəticələrin etibarlılığına xələl gətirib. Buna baxmayaraq, DIM nəticələri dəyişməz saxlayıb ki, bu da Konstitusiyanın 42-ci maddəsi ilə qorunan təhsil alma hüququnun pozulması deməkdir.
Bundan əlavə, qiymətləndirmədə də ciddi problemlər mövcuddur. Ekspertin bildirdiyinə görə, 10 minə yaxın abituriyent apellyasiya şikayəti verib. Bu isə nəticələrin nə qədər qeyri-dəqiq və etibarsız olduğunu açıq şəkildə göstərir.
Sıffaflıq və Apellyasiya Hüquqlarının Mhdudlaşdırılması
Ekspertin fikrincə, DIM-in apellyasiya prosesində sıffaflıq prinsipindən uzaqlaması beynəlxalq təcrübəyə ziddir. Onun sözlərinə görə, abituriyentin sual kitabçasına çıxış imkanının məhdudlaşdırılması, prosesdə vəkillik funksiyasını yerinə yetirə biləcək şəxslərin iştirakı üçün yaradılan süni əngəllər hüquqi sıffaflıq prinsipini zədləyir. K. Əsədov müqayisə üçün qeyd edir ki, Estoniya, Finlandiya, Litva və Gürcüstanda abituriyentlər cavablarını incələmək və müstəqil ekspert rəyindən istifadə etmək hüququna malikdirlər.
Ekspert eyni zamanda "Abituriyent" jurnalının imtahana sayılı günlər qalmış gecikməsi faktını da sərt şəkildə tənqid edir. Onun sözlərinə görə, jurnalın gecikməsi abituriyentlərin düzgün plan qurmasına və hazırlıq prosesinə ciddi mənfi təsir göstərir: "İmtahan suallarının keyfiyyəti ilə bağlı iradlar da diqqətçəkicidir: təkrarlanan suallar, məntiqi ardıcıllığın pozulması, testlərdə texniki və konseptual səhvlər DIM-in metodoloji cəhətdən zəifliyini üzə çıxarır. Bu vəziyyət biliyin deyil, sadəcə yaddaşın ölçüldüğünü göstərir."
Kamran Əsədovun fikrincə, DIM-in təyin etdiyi imtahan qiymətləri də sosial ədalət prinsipinə ziddir. Ekspert vurğulayır ki, qəbul imtahanı, sertifikat və şəhadətnamə üçün tələb olunan məbləğlər regionlardakı aztəminatlı ailələrin övladları üçün əlavə maliyyə yükü yaradır. Bu isə təhsil imkanlarının bərabərliyini pozur.
Ekspertin rəyində ən əsas sual budur: Dövlət İmtahan Mərkəzi hansı hüquqi əsasla qaydaları dəyişir, qiymətləri artırır, prosedurların formasını dəyişir? "DIM nə qanunverici orqandır, nə də icra hakimiyyətinin səlahiyyətli qərarverici qurumu. Bu qurumun səlahiyyəti yalnız mövcud hüquqi aktları icra etməklə məhdudlaşmalıdır," - o vurğulayır.
Kamran Əsədovun fikrincə, əgər bu gedişat davam edərsə, DIM artıq təhsilin inkişafına töhfə verən yox, gənclərin hüquqlarını pozan və cəmiyyətdə etimadı sarsıdan bir quruma çevriləcək. "Təhsildə sıffaflıq, ədalət və hüquqa sadiqlik bərpa olunmalıdır. Bunun üçünsə ilk növbədə, Dövlət İmtahan Mərkəzi ciddi ictimai və inzibati nəzarəti cəlb olunmalı, hüquqi səlahiyyət sərhədlərinə qaytarılmalıdır," - o bildirib.
“AzPolitika.info”
```