"Azərbaycan-Vyetnam: İqtisadi Əməkdaşlığın İnkşafı"

Azərbaycan Prezidenti İlham Əliyev, Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində, dost və tərəfdaş ölkə olan Vyetnam ilə Azərbaycan arasında möhkəmlənən qarşılıqlı əlaqələrə diqqət çəkib.
Ölkə Başçısı, müsahibəsində ölkələrimiz arasındakı münasibətlərin yüksək dəyərləndirildiyini vurğulayıb. İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətinə toxunan dövlət başçısı bildirib ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir.
İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq. Bununla da, öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də saxlanılması üçün kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.
Qeyd edilib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildədə iki ölkə arasındakı ümumi dövriyyənin həcmi 223,93 milyon ABŞ dollari olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur,” - deyən dövlətimizin başçısı, ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyətdə olduğunu vurğulayıb.
Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyəti göstərir. 2019-cu ildədə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi temelə əsaslanır - çünki Azərbaycan mütəxəssisləri Vyetnamin neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildədə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Həmçinin qeyd edilib ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel sürətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı - bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
İlqar Əliyev – hüquqsünas, BDU-nin doktoranti