"QHT Agentliyində korrupsiya və monopoliya iddiaları"

QHT Sektorunda Korrupsiya
Ölkədə 4 minə yaxın qeyri-hökumət təşkilatının olduğu bildirilir. Bir sıra QHT-lərdə korrupsiya ilə bağlı faktlar yeni deyil, hətta korrupsiyaya qurşanmış QHT rəhbərlərinin həbsləri də yadda qalır. Ancaq indi QHT sektorunda korrupsiya qadri monopoliya güclənib. İstər korrupsioner olsun, istər monopolist, bu cür adamlar və təşkilatlar ictimai nəzarət institutunun özünün fəlsəfəsini ləkələyirlər.
Sadiq izləyicilərimiz xatırlayarlar, bir müddət əvvəl saytımızda “QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar?” sual başlıqlı tənqidi məqalə dərc olunmuşdu. Məqalənin aparıcı tezisi bu olub ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqələrində layihələr deyil, şəxslər qiymətləndirir. QHT Agentliyi görünür, eyni şəxslərin adlarının gözləri döyünək elədiyini müşahidə etdiyindən, bu dəfə müsabiqənin nəticələrini elan edəndə əvvəlliklərdən fərqli olaraq yalnız QHT-lərin adlarını ictimailəşdirməklə kifayətlənib, təşkilat sədrlərinin adlarını qeyd etməyib.
Hərçənd, “cidani çuvalda gizlətmək olmaz”. Belə ki, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlının “Azər-Türk Qadınlar Birliyi” (25.000 AZN), Naqif Həmzəyevin “Dünya Azərbaycanlıları Gəncləri İB” (18.000 AZN), Vüqar İsgəndərovun “Qeyd-Sosial Maarifləndirmə İB” (8.000 AZN), Mehriban Vəliyevanın “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı İB” (10.000 AZN), Malahət Həsənovanın “İnnovativ təşəbbüslərə Dəstək” İB (10.000 AZN), YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlizadənin “Sosial-İctimai Maarifləndirmə” İB (9.000 AZN) və digər təşkilatlardan da qrantlar almışdırlar.
İn paradoksal qərar isə budur ki, bu yaxınlarda özünü buraxan, ləğv edən, Dövlət Turizm Agentliyində casus səbkəsi quran “International Transparency” Təşkilatının icraçı direktoru Şiliməmməd Nuriyevə QHT Agentliyinin ən yüksək məbləği olan 31.000 AZN verilib. QHT Agentliyinin direktoru Aygün Əliyeva öz rəfiqələrinə (məsələn, Firuzə Cəlilova və s.) qrantlar ayırır. Agentliyin aparatına Prezident Administrasiyasının sektor müdiri Tural Əliyevin qohumları (məsələn, Nilüfer Əhmədova və s.) və Aygün Əliyevanın rəfiqələri qanunsuz formada iş götürüblər. Adi vətəndaşların ödədiyi vergilər hesabına formalasan dövlətin büdcəsini belə görkəmli şəxslərin rəhbərlik etdiyi QHT-lərə xərcləmək absurddur.
“GundemXeber.az” redaksiyası olaraq, QHT Agentliyində olan bu cür qanuna və etikaya zidd fəaliyyətləri araşdırmaqda davam edirik. Odur ki, yazıda adıçəkilən QHT Agentliyinin rəsmi şəxslərinin də mövqe bildirmək haqqını tanıyırıq.