SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3933_-dagliq-qarabagda-hec-bir-halda-n-prezident-n-d-pa

SİYASƏT

Hamısı

“Dağlıq Qarabağda heç bir halda nə “prezident”, nə də “parlament” ola bilməz” - Rusiyadan ŞƏRH

(2 Yil, 4 Ay öncə) 1,13 B İzlenme 0 Yorum
“Dağlıq Qarabağda heç bir halda nə “prezident”, nə də “parlament” ola bilməz” - Rusiyadan ŞƏRH

 

ÜMİDTV:     Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirildiyi barədə açıqlamanı lazımı anda verdi.

Xatırladaq ki, Rusiya dövlətinin başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda onlayn formatda çıxışı zamanı Moskvanın Qarabağdakı vasitəçilik səylərindən danışıb.

Bu arada, elə bil təəssürat yaranır ki, erməni tərəfi imzalanan müqavilələri unudub. Elə buna görə azərbaycanlı köçkünlərin Xankəndiyə qayıtmasının yolverilməzliyi ilə bağlı açıqlamalar var. Məsələn, bu barədə Qarabağın de-yure və de-fakto mövcud olmayan separatçı rejiminin nümayəndəsi Vaqram Poqosyan deyib. Bir daha iddia edilir ki, Qarabağ “Azərbaycanın ərazisi ola bilməz” və bu ərazinin “müstəqilliyinin” beynəlxalq səviyyədə tanınması üçün mübarizə davam edəcək.

Bundan əlavə, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında nasist kolloborsionist və hərbi cinayətkar Qaregin Njdenin abidəsi açılır. Artıq bir qrup avropalı deputatın Ermənistana və Qarabağa səfəri anons edilir.

“PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov Media.Az-a şərhində ilk növbədə qeyd edib ki, Qarabağda Qaregin Njdenin abidəsinin açılması erməni tərəfinin düşünülmüş təxribatıdır.

“İkinci Qarabağ müharibəsindən əvvəl demişəm, həm də sonra artıq nəticələrini izləyərək qeyd etmişəm: “Dağlıq Qarabağda heç bir halda nə “prezident”, nə də “parlament” ola bilməz”. Rusiya sülhməramlıları isə Azərbaycanın bütün məlum faciəli hadisələrdən sonra praktik olaraq yalnız erməni millətinin sakinlərinin yaşadığı ərazisini idarə etmək funksiyasını öz üzərinə götürməli deyillər.

Bölgəni idarə etmək üçün müvəqqəti administrasiyaya - yerli əhalidən olan peşəkar idarəçilərə ehtiyac var, lakin həmin insanlar döyüş əməliyyatlarının iştirakçısı olmamalıdır. Axı onlar Azərbaycan hökuməti ilə daimi rəsmi dialoq aparmalı olacaqlar və Bakı birmənalı şəkildə hərbi cinayətkarlarla dialoq aparmayacaq”, - deyə Vitali Arkov bildirib.

“Bakının hərbi cinayətkar hesab etdiyi şəxslər ya Azərbaycan məhkəməsinə çıxarılmalı, ya da Azərbaycan ərazisini tərk etməlidirlər. Dağlıq Qarabağ isə Xankəndi, İrəvan və Parisdə radikalların və təxribatçıların nə elan etməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir”, - deyə ekspert qeyd edib.

“Bütün erməni hərbi birləşmələri istisnasız, necə adlandırmağından asılı olmayaraq, Qarabağ ərazisindən çıxarılmalıdır. Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edəcək vəziyyətdədirlər. Qaregin Njdenin abidəsi məsələsinə qayıdaraq bir daha qeyd edim ki, Rusiya sülhməramlıları bölgəni idarə etmək funksiyasını öz üzərinə götürməyiblər. Və bu, əlbəttə ki, həm də Rusiyaya qarşı təxribatdır. Moskva narahatlığını ifadə edə bilər, ancaq bu abidəni öz əlləri ilə yıxa bilməz. Baxmayaraq ki, Ermənistandakı təxribatı təşkil edən dağıdıcı qüvvələr elə bunu gözləyirlər”.

Vitali Arkov çoxlarını məmnun etməyən, amma hazırkı vəziyyətdə daha az zərərli fiqur olan Baş nazir Nikol Paşinyanın hələ də Ermənistanda hakimiyyətdə olmasına diqqət çəkir:

“Əgər o indi getsə, onda şübhəsiz ki, Ermənistandakı hakimiyyət radikalların əlinə keçəcək. Bu, Bakı və Moskva üçün sərfəli deyil, çünki əks təqdirdə Ermənistan nasist Almaniyasının Qafqaz versiyasına çevirilə bilər.

Paşinyan və onun artıq dağıdılan “Mənim addımım” siyasi qüvvəsi Ermənistanı siyasi və iqtisadi böhrandan çıxarmaq məqsədi daşıyan, eyni zamanda, bütün qonşularla yeni dinc dialoq yaradan, proqressiv qüvvələrin koalisiyasının təmsil olunduğu güclü üçüncü siyasi təşkilat yaranana qədər lazımdır”.

Eyni zamanda, rusiyalı ekspert müxtəlif nümayəndələrin və fərqli siyasətçilərin Dağlıq Qarabağa səfərinə də toxunub. Bir müddət əvvəl erməni KİV-də avropalı deputatların gələcəyinin anonsu verilmişdi.

Vitali Arkov hesab edir ki, Bakı mütləq belə hərəkətə reaksiya verməli, etiraz notası göndərməlidir.

“Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələri yalnız mülki şəxsləri oradan buraxmalıdır və Azərbaycanın müvafiq qurumlarının nümayəndələri bunu Rusiya sülhməramlıları ilə birlikdə izləyə bilər. Bəlkə də Bakıdan əvvəlcədən təsdiqlənmədən bu dəhlizlə bölgəyə səfər etmək hüququ olan mütəxəssis kateqoriyalarının (struktur) siyahısını hazırlamağa dəyər.

Digərləri isə nəzərdə tutulan səfərlərinin məqsədi barədə Bakını əvvəlcədən məlumatlandırmalı və bunun üçün xüsusi icazə ya verilməli, ya da verilməməlidir. Bunlara Ermənistanın Dağlıq Qarabağ ərazisində daimi yaşamayan rəsmi və ictimai xadimləri, habelə üçüncü dövlətlərin vətəndaşları da daxildir. Sonuncular mənim fikrimcə, bütün keçid dövrü ərzində Dağlıq Qarabağ ərazisindən yalnız Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin müşayiəti ilə keçməlidir”, - deyə Vitali Arkov yekunlaşdırıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı