SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3258_qarabagda-yeni-bir-muharib-olacaqmi-turkiy-h-rbi-k

SİYASƏT

Hamısı

Qarabağda yeni bir müharibə olacaqmı? – Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbərinin proqnozu

(2 Yil, 4 Ay öncə) 860 İzlenme 0 Yorum
Qarabağda yeni bir müharibə olacaqmı? – Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbərinin proqnozu

ÜMİDTV:    Rusiya və Türkiyə Dağlıq Qarabağ ərazisindəki vəziyyəti izləmək üçün monitorinq mərkəzi yaratmaqla bağlı razılaşıblar.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri İsmail Hakkın Pekinin verdiyi müsahibədə bölgədə yeni təxribatların mümkün olub-olmadığını və “Astana formatı”ndan münaqişənin həlli üçün istifadənin mümkünlüyü barədə fikirlərini bölüşüb.

Pekin bəzi qarşıdurmaların olacağını qəbul edir, lakin genişmiqyaslı təxribatlar gözləmir: “Sülhməramlılar atəşkəsə əməl olunmasını izləyəcəklər. Mən gözləmirəm ki, Qarabağ münaqişəsi yenidən böyük bir müharibəyə çevriləcək. Rusiya və İran buna icazə verməyəcək”.

Kəşfiyyat zabitinin sözlərinə görə, indi “əsas məsələ Laçın dəhlizindədir”.

“Oradakı müşahidəçilər Rusiya sülhməramlılarıdır. Azərbaycan bu hissənin onların tərəfində qalmalı olduğunu iddia edir. Rusiya və Türkiyənin, onsuz da, Suriyada birlikdə işləmək təcrübəsi böyükdür. Düşünürəm ki, bu məsələ heç bir münaqişə olmadan həll etməlidirlər”, – o deyib.

Keçmiş hərbi kəşfiyyat rəhbərinin sözlərinə görə, indi Cənubi Qafqazda bir balans var, ancaq “Rusiyanı əhatə etmək istəyən” Şimali Atlantika Alyansının hərəkətləri göz qabağındadır:

“Cənubi Qafqazda uzun müddətdir ki, Rusiyaya yönələn bir təhdid var idi. Qərb Ermənistanı, Azərbaycanı və Gürcüstanı NATO-ya daxil etməyə çalışır. Rusiya, təbii ki, buna qarşıdır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə doğru irəliləyir və ABŞ və Fransa erməni diasporundan istifadə etmək istəyir”.

Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran ortaq bir strateji plan hazırlayaraq xaosun qarşısını ala bilər. “Belə bir strategiyanın inkişafına Suriyada özünü təsdiqləyən” “Astana formatı” kömək edə bilər, – Pekin hesab edir.

“Əslində, burada bir “Astana formatı “yaratmağı bacarırıqsa, Suriya və Liviya böhranları sürətli bir həll yolu tapa bilər və bu, regional sabitliyi təmin edəcək. Bu, Türkiyə üçün, Rusiya üçün və bütün bölgə üçün vacibdir. Və ortaq maraqlar olduğu üçün Rusiya, İran və Türkiyə belə bir platforma yarada bilər”, – o deyib.

//milli.az


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı