SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2981_ukrayna-az-rbaycanlilari-radasinda-mill-t-v-kill-r

SİYASƏT

Hamısı

Ukrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTO

(3 Yil, 5 Ay öncə) 895 İzlenme 0 Yorum
Ukrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib - FOTO

ÜMİDTV:     Ukrayna Azərbaycanlıları Radasında (UAR) Ukraynanın bir qrup millət vəkili ilə görüş keçirilib. Görüş zamanı millət vəkilləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun UAR ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildiriblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Görüşə canlı olaraq bağlanan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov toplantı iştirakçılarını salamlayaraq Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu əlaqələrin növbəti illərdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri Ukraynanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olmasını qeyd edərək qarşılıqlı siyasi-iqtisadi münasibətlərin formalaşmasında dövlət başçılarının atdığı addımlardan danışıb.

UAR rəhbərliyi Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə millət vəkillərinə diaspor adından təşəkkür edib. Daha sonra çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin millət vəkillərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına görə parlament üzvlərinə diaspor adından təşəkkürlərini bildirib və ölkələrimiz arasında parlament diplomatiyasının əhəmiyyətini qeyd ediblər. 

Tədbirdə çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Valeriy Kolyux, işçi qrupun sədr müavini Lyudmila Marçenko, Ukrayna Ali Radasının Beynəlxalq əlaqələr komitəsinin sədri,  Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Aleksandr Aleksandroviç Mereşko, Millət vəkili Marian Zabloçkiy, parlamentlərarası işçi qrupun katibi İvan Slabodyanik Ukrayna-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edib və iki qardaş dövlətin biri-birlərinin ərazi bütövlüyünü dəstəkləməsinin vacib olduğunu bildiriblər. 

Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun pandemiya dövründəki fəaliyyəti xüsusi qeyd edilib və gələcəkdə diasporla əlaqələrin inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda Ukraynada yaşayan azərbaycanlı rəssamların ölkəmizlə bağlı əsərlərindən ibarət sərgi nümayiş etdirilib. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı