SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2647_az-rbaycanda-n-g-lirli-sah-l-r-aciqlanib

İQTİSADİYYAT

Hamısı

Azərbaycanda ən gəlirli sahələr açıqlanıb

(3 Yil, 4 Ay öncə) 743 İzlenme 0 Yorum
Azərbaycanda ən gəlirli sahələr açıqlanıb

Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 min 360,6 manat, qeyri-neft-qaz sektorunda isə 647,2 manat təşkil edib. Bu nominal hesabla götürülən orta aylıq göstəricidir.

 Dövlət Statistika Komitəsindən əldə olunan məlumata əsasən, bu ilin 10 ayı ərzində  dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manat olub.

Bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında isə ölkə ərazisində əhalinin ümumi gəlirləri nominal ifadədə 1,3 faiz azalıb və 50 milyard 173,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən nominal gəlir isə 5 min 28,8 manat olub.

Yanvar-oktyabr ayları ərzində mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 min 296,2 manat təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 4 min 337,7 min olduğu halda, dövlət müəssisələrində daha az, 1 662,2 manat təşkil edib.

İkinci gəlirli sahə isə, maliyyə və sığorta fəaliyyəti sektoru olub. Bu sahədə fəaliyyət göstərən şəxslərin orta aylıq gəliri 1 736,4 manat təşkil edib. Dövlət işində əməkhaqqı 1 709,2 manat, özəl müəssisələrdə isə 1 443,8 manat olub.

Digər gəlirli sektor peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Burada fəaliyyət göstərənlərin orta hesabla aylıq nominal gəliri 1 180 manat olub. Özəl sektorda çalışanlar bu sahədə aylıq 1 896,5 manat gəlir əldə edərkən, dövlət sektorunda çalışanlar isə orta hesabla 679,9 manat gəlir əldə edib. 

Növbəti gəlirli sahə isə informasiya və rabitə sahəsidir. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 071,4 manatdır. Dövlət müəssisələrində orta aylıq nominal gəlir 819,3 manat olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 382 manat olub.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 927,7 manat olub. Dövlət müəssisələrində əməkhaqqı özəl sektora nisbətən 3 dəfə çox, yəni, 960,5 manat ikən, özəl sektorda 310,7 manat təşkil edib.

Eləcə də, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda fəaliyyət göstərənlər orta hesabla 536,5 manat əməkhaqqı alıb. Dövlət sektorunda maaş özəl sektora nisbətən 2 dəfədən çox, yəni, 1 173,6 manat təşkil etdiyi halda, özəl müəssisələrdə 513,3 manat təşkil edib.

Digər sektorlarda çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi təsnif olunub


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı