SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2203_dqidk-s-dri-samaritan-s-purse-t-skilatinin-r-smisi

SİYASƏT

Hamısı

DQİDK sədri “Samaritan’s Purse” təşkilatının rəsmisi ilə görüşüb - FOTO

(3 Yil, 5 Ay öncə) 932 İzlenme 0 Yorum
DQİDK sədri “Samaritan’s Purse” təşkilatının rəsmisi ilə görüşüb - FOTO

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Samaritan’s Purse” təşkilatının Proqramlar və Hökumət Əlaqələri üzrə vitse-prezidenti Ken İsaasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, görüş zamanı DQİDK sədri qonaqlara Azərbaycandakı dini vəziyyət, nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də konfessiyalararası harmoniya və tolerantlıq modeli barədə məlumat verib. Bildirib ki, ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülünə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda müxtəlif dinlərə eyni ehtiram göstərilir, bütün konfessiyaların nümayəndələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunub.

Təşkilat nümayəndələrini Qarabağ həqiqətləri barədə də məlumatlandıran Komitə sədri müharibə nəticəsində dağıdılmış infrastruktur, yaşanmış faciələr, Ermənistan silahlı qüvvələrinin insanlıq əleyhinə törətdiyi cinayətlər, düşmənin Azərbaycanın işğal edilmiş ərazilərində maddi-mədəni, dini irsin talan və məhv edilməsi ilə bağlı mənfur əməlləri haqqında danışıb. Eyni zamanda hazırda işğaldan azad olan ərazilərdən çıxan ermənilərin vandal hərəkətləri – evləri, meşələri yandırmaları diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirmə prinsipinə sadiq qalaraq Bakının mərkəzindəki erməni kilsəsini qoruyub saxlayıb, o cümlədən hazırda Azərbaycanda minlərlə erməni yaşayır və cəmiyyətin bütün sferalarında təmsil olunublar.

Söhbət zamanı ölkəmizin qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaradan koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə toxunan DQİDK sədri bildirib ki, bu istiqamətdə ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, eləcə də bir neçə ölkəyə yardımlar edilir.

Eyni zamanda 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının (QH) hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında QH-ə üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü baş tutub, həmçinin dövlət başçısının digər önəmli addımı ilə BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi təklifi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib və bu ay reallaşacaq.

Səmimi qəbula görə təşəkkürünü bildirən “Samaritan’s Purse” təşkilatının Proqramlar və Hökumət Əlaqələri üzrə vitse-prezidenti Ken İsaas xalqımızı tarixi qələbə münasibətilə təbrik edib. Laçının işğaldan azad olunması münasibətilə bu gün şəhərimizdəki qələbə əhval-ruhiyyəsinin şahidi olduğunu bildirən qonaq müharibə dövründə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalmasından dərin təsirləndiyini vurğulayıb. Təmsil etdiyi xeyriyyə təşkilatının fəaliyyət istiqamətləri barədə məlumat verən Ken İsaas təşkilatın xüsusilə COVİD-19-la mübarizə sahəsində təcrübəsi barədə danışıb, o cümlədən səfərlərinin karonovirusla mübarizə sahəsində ölkəmizə dəstək göstərmək niyyəti daşıdığını vurğulayıb.

Qeyd edək ki, dünyada insanlara mənəvi və fiziki yardım göstərən, Yevangelist xristian təşkilatı olan Samaritan (Fondu) 1970-ci ildən bəri fəaliyyət göstərir.

Fond xristian missionerlik fəaliyyətinin əsas hissəsi kimi fiziki ehtiyacı olan insanlara yardım göstərən humanitar bir xristian təşkilatıdır. Təşkilatın prezidenti xristian yevanqelist Billi Qrahamın oğlu Franklin Qrahamdır. Onların beynəlxalq mərkəzi Şimali Karolina ştatının Bune şəhərində yerləşir.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı