İQTİSADİYYAT

Hamısı

Asiya İnkişaf Bankının 500 min dollarlıq layihəsində Azərbaycan da var

(9 Gün, 6 Saat öncə) 282 İzlənmə
Asiya İnkişaf Bankının 500 min dollarlıq layihəsində Azərbaycan da var

Bölgədə pandemiyanın təsirlərini azaltmaq və iqtisadi dirçəlişi dəstəkləmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) bölgəsində ekosistemlərin inkişafını təmin etmək məqsədilə layihə elan edilib.

ÜMİDTV -nin Asiya İnkişaf Bankının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, layihə bölgə üzrə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələri əhatə edəcək.

Maliyyələşdirmə planı üzrə layihənin dəyəri 500 min dollar həcmində olacaq. Maliyyələşdirmənin əsasını təşkil edən məbləğ Texniki Yardım Xüsusi Fondu və Koreya Respublikası Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən təmin ediləcək.

Sənədə əsasən, bölgədə COVID-19-un təsirlərini azaltmaqla iqtisadi dirçəlişi dəstəkləmək üçün CAREC proqramının üzvü olan ölkələrə şamil edilib. Məqsəd regiondakı ölkələrin ekosistemlərinin başlanğıc inkişafını dəstəkləməkdir.

Bu layihə hərtərəfli iqtisadi artım və regional inteqrasiyanı əhatə edir. Əsas etibarilə, informasiya və kommunikasiya texnologiyaları, İKT sənayeləri və İKT ilə təmin olunan xidmətlərin strategiya siyasətinin və potensialının inkişafına istiqamətlənib. Bunun, həm də CAREC ölkələri arasında artan iş birliyi fonunda rəqəmsal texnologiyalardan istifadə etməklə iqtisadi dirçəlişə imkan yaradacağı gözlənilir. 


BIST
1329-0,97
ALTIN
450,327-1,80
EURO
9,3377-0,44
DOLAR
7,8115-0,81
Arxiv
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 11 şəxs qatıldı