"Torpaq sahələrinin koordinatları onlayn tənzimləndi!"
"Torpaq sahələrinin koordinatları onlayn tənzimləndi!"
Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi “Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması” xidməti elektronlaşdırılıb.
Bu barədə məlumat verən Arazmedia.az, prosesin onlayn qaydada təşkil edilməsinin, öncəki dövrlərdə isə müraciətlərin qəbulunun və icra nəticəsində hazırlanan cavab məktubunun vətəndaşlara kağız daşıyıcıda təqdim edildiyini bildirib.
Bu xidmət, mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslərin müraciəti əsasında həyata keçirilir. Xidmət, torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi və döngə nöqtələrinin koordinatlarının təyin olunması üzrə kadastr işlərini əhatə edir.
Xidmətin əsas mahiyyəti, texniki sənədlərdə qeyd olunmuş döngə nöqtələrinin müasir geodeziya ölçü cihazları və alətləri vasitəsilə birbaşa yer üzərində dəqiq koordinatlarla təyin edilməsini və mülkiyyətçiyə aydın şəkildə nümayiş etdirilməsini təmin etməkdir. Bu prosedur, qonşu torpaqlarla yaranacaq sərhəd kəsilmələrinin və hüquqi mübahisələrin qarşısını alır, habelə tikinti işlərindən əvvəl ərazinin dəqiq nöqtələrinin nisanlamasına imkan yaradır.
Vətəndaşlar, Iqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (https://e-services.economy.gov.az/) vasitəsilə xidmətdən onlayn şəkildə istifadə edə bilərlər. Müraciətin icrası tamamlandıqdan sonra, hazırlanan rəsmi cavab məktubu müraciət edən şəxsə elektron formada, xüsusi link vasitəsilə ünvanlanır.
Tətbiq edilən elektronlaşma xidməti, əlçatanlığı artırmaqla yanaşı, vətəndaşların əlavə xərclərini və vaxt itkisini aradan qaldıraraq xidmətdən istənilən məkandan onlayn müraciət etməyi mümkün edir. Bu yenilik, mülkiyyət sahiblərinin torpaq sahələrinin koordinatları ilə bağlı proseslərin daha səmərəli və sürətli idarə olunmasına kömək edəcək.

