"Sabah Bakıda yağıntı gözlənilir!"

Sabah hava necə olacaq? Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb

"Sabah Bakıda yağıntı gözlənilir!"

Sabah hava nec? olacaq?

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Arazmedia.az saytına Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arada bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % arasında olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava nec? olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arada bir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şimal rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Mənbə: Sabah Bakıya yağış yağacaq