"Yeni Hərbi İnfrastruktur Obiyektləri İstifadəyə Verildi"
"Yeni Hərbi İnfrastruktur Obiyektləri İstifadəyə Verildi"
Az?rbaycan Respublikasinin Prezidenti Ilham ?liyevin rəhbərliyi ilə ordunun maddi-texniki təminatı gücləndirilir. Bu çərçivədə, müasir standartlara cavab verən hərbi infrastrukturların qurulması istiqamətində mühüm addımlar atılır. Arazmedia.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilmiş yeni hərbi obyektlərlə bağlı baxış keçirib.
Rəhbər heyətə təqdim olunub ki, Azərbaycanın müxtəlif bölgələrində istifadəyə verilmiş 20-yə yaxın yeni hərbi infrastruktur obyektində şəxsi heyət üçün zəruri olan xidmət və döyüş fəaliyyəti üçün uyğun şərait yaradılıb. Bu obyektlər yeməkxana, mətbəx, tibbi mərkəz, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təminatı kompleksi ilə təchiz olunub. Həmçinin, obyektlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar da mövcuddur.
Yeni infrastruktur binaları, kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz olunub. İnfrastrukturun bütün zəruri ehtiyacları müasir avadanlıq, mebel və inventarlarla təmin edilərək, şəxsi heyət üçün daha komfortlu şərait yaradılıb.
General-polkovnik Zakir Həsənov, ölkənin hava məkanının fasiləsiz müdafiəsi üçün HHM bölmələrində keçirilən təlim və müsabiqələr zamanı arsenala yeni daxil edilən müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsini, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsini təmin etmək üçün Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.
Bu yeniliklər, Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə potensialını artıraraq, ordunun müasir dövr tələblərinə uyğun bir şəkildə inkişafını təmin edir.
Mənbə: Zakir Həsənov yeni hərbi infrastrukturların açılışında

