"Kolleclərə ixtisas seçimi başladı!"
"Kolleclərə ixtisas seçimi başladı!"
Ümumi (9 illik) orta t?hsil bazasinda orta ixtisas t?hsili mü?ssis?l?rin? (kollecl?r?) q?bul olmaq üçün ixtisas seçimi avqustun 3-d?n 9-d?k (saat 23:59-d?k) internet vasit?sil? aparilacaq.
Bu məlumat Arazmedia.az-a Dövl?t Imtahan M?rk?zind?n verilib. İxtisas seçimi mərhələsində abituriyentlər, qəbul olmaq istədikləri ixtisasları seçərək onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ?riz?si”-nə daxil edib təsdiq etməlidirlər.
Ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi bal 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə bal 20-dən, riyaziyyat fənni üzrə bal isə 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi bal 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “müqbul” alan abituriyentlər buraxılırlar. Hər bir abituriyent, müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dən ixtisas kodunu seçə bilər.
Ixtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi, onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmış, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlər 3 – 9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Buna görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DIM-in “Abituriyent M?sl?h?t M?rk?zl?ri”-nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və DIM-in regional bölmələrində yerləşən “Abituriyent M?sl?h?t M?rk?zl?ri”ndə ödünsüz kömək göstərilir.

