Hava şərtlərinə dair təhlükəsizlik tövsiyələri!
Hava şərtlərinə dair təhlükəsizlik tövsiyələri!
Hazırda hava vəziyyətinin qeyri-sabit olduğu və yağışların baş verdiyi bildirilib. Bəzi dağ çaylarından sel keçir və yaxın günlərdə də yağışlı və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.
Arazmedia.az xəbər verir ki, bu şəraiti nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır:
Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalısınız. Əgər belə bir təhlükə ilə üzləşirsinizsə, dərhal yaxınlığınızdakı yüksəkliyə qalxmağı tövsiyə edərik.
Eyni zamanda, ildirim təhlükələrindən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada elektrik xətti, ildirim ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq lazımdır. Hündür ağacların altına sığınmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək mühüm əhəmiyyət kəsb edir. Avtomobildə olduğunuz zaman isə hərəkəti dayandıraraq sükanın qaldırılmasını gözləmək lazımdır.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı tövsiyə edirik. Elektrik dirəkləri və naqillərinin, hündür ağacların altına da yaxın durmamalısınız.
Bundan əlavə, güclü küləyin yaratdığı yanğınların söndürülməsi ilə bağlı yaşanan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Kiçikhəcmli gəmi istifadəçiləri bu cür hava şəraitində dənizə çıxmanın qadağan olunduğunu unutmamalıdırlar.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükə yaradır!
Təhlükə zamanında 112-yə zəng edin!
Mənbə: Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın – XƏBƏRDARLIQ

