"Bu Gün Beynəlxalq Müəllimlər Günüdür!"

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər

"Bu Gün Beynəlxalq Müəllimlər Günüdür!"

Bu gün Beynəxlq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. Arazmedia.az xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin sıralarını müəyyən edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır.

1994-cü ildən bu tarixi UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günləri sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkilməsini nəzərdə tutub.

Dünya üzrə 100-dən çox ölkədə ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Məsələn, müxtəliftəhsil hadisələri əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər Günü qeyd olunur.

Müstəqil Azərbaycan Respublikasında bu tarix 1993-cü il oktyabrın 5-də rəsmi şəkildə qeyd edilməyə başlanmışdır. Bu gün müəllimlərin əhəmiyyətini vurğulamaq, onların cəmiyyətdəki rolunu tanımaq üçün xüsusi əhəmiyyətə malikdir.

Bu gözəl gün münasibəti ilə Azərbaycan müəllimlərini təbrik edir, savadlı, gözəl əxlaqlı tələbələri ilə öyünmələrini arzulayırıq! Müəllimlərin fəaliyyəti, onların məqsəd və məramları gənc nəsillərin formalaşmasında, ölkənin inkişafında müstəsna rol oynayır. Onların əzmkar çalışmaları nəticəsində cəmiyyətimiz daha savadlı, mədəni və inkişaf etmiş bir səviyyəyə yüksəlir.

Bu günün müəllimlər üçün önəmi böyükdür, çünki bu gün onlara olan təşəkkürü, hörməti və sevgini bir daha gündəmə gətirir. Müəllimlər, cəmiyyətin inkişafında əvəzsiz bir rola malikdir və gənc nəsillərin yetişməsində isə onların əməyini unutmamaq lazımdır.

Bu gün Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar dünya üzrə müxtəlif tədbirlər, sərgilər və müzakirələr təşkil olunur. Bu, müəllimlərin peşə fəaliyyətinin tanıdılması, gənc müəllimlər üçün motivasiya və dəstək verilməsi məqsədini güdür.

Mənbə: Bu gün Beynəlxalq Müəllimlər Günüdür