"Ruminiyada 2026-cı il Az?rbaycanda Memarlıq İli"
"Ruminiyada 2026-cı il Az?rbaycanda Memarlıq İli"
Ruminiyada 2026-cı ilin Azərbaycanda “Səhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı tədbir keçirilib. 22-25 yanvar tarixlərində Ruminiyanın Moisey (Maramureş bölgəsi) şəhərində təşkil olunmuş Ruminiya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının Üçüncü Forumunda Azərbaycanın tərəfi xüsusi qonaq qismində iştirak edib. Bu ilki tədbir “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsas kimi hüququn aliliyi” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda “Səhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı ölkəmizin memarlığına həsr edilmiş fotosərgi təşkil olunub. Sərgidəki fotolar, Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin və memarlıq mənzərəsinin dinamik inkişafını, müasir urbanistik transformasiyaların nümunələrini əks etdirir. Həmçinin, sərgidə Azərbaycanın mövcud mina problemi diqqətə alınıb.
Tədbirdə Ruminiya, Moldova, Ukrayna və Albaniya parlamentlərinin deputatları və senatorları, Ruminiyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak ediblər. Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov, Azərbaycan ilə Ruminiya arasında münasibətlərdən, iki ölkə arasında həyata keçirilən layihələrdən və nəzərdə tutulan qarşılıqlı səfərlər və tədbirlərdən danışıb. Səfir 2026-cı ilin Azərbaycanda “Səhərsalma və Memarlıq İli” elan edilməsinin, may ayında BMT-in Ümumdünya Səhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsinin önəmini vurğulayıb. O, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmlənməsində və ölkələr arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Azerbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir səhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə diqqət çəkən səfir, ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regionda formalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlı şərait yaratdığını vurğulayıb.
Sərginin açılışında Ruminiyalı senator, iqtidar Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədri müavini, Ruminiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü Kristian-Avqustin Nikulesku-Tsiqirlas çıxış edib. O, Ruminiya ilə Azərbaycan arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötən ilin avqust ayında Azərbaycanın, xüsusən Qarabağ bölgəsində Xankəndi və Şuşa şəhərlərinə həyata keçirdiyi səfəri xatırlayıb. Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işlərindən və bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhs edib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb. Təqdim olunan sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Arazmedia.az

