Azerbaycan-Çin: Strateji Ticarət Əməkdaşlığı Güclənir

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib

Azerbaycan-Çin: Strateji Ticarət Əməkdaşlığı Güclənir

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib.

Bunu Baş nazirin müavini Sahin Mustafayev Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT 2025") çərçivəsində təşkil olunan Çin-Azərbaycan İkitərəfli Investisiya Təsviqi tədbirində bildirib.

O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin "Bir kəmər, bir yol" təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanınla iqtisadi əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanınla ticarət, logistika, sənaye və "yaşıl enerji" sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

Azərbaycanda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. O, sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verib.

Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaradığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığın daha da genişlənəcəyini bildirib.

Tədbirdə həmçinin AZPROMOnun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, İlət Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayil Manafov, Çinin İnvestisiyaların Təsviqi Agentliyinin direktoru Liu MincyanÇin İnvestisiya Korporasiyasının Birbaşa İnvestisiyalar Departamentinin direktoru Jang Suo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər.

Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zona Inkişafi Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsi barədə fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşləri ilə davam edib.