Sumqayıtda genişmiqyaslı abadlıq işləri aparılıb

Xalqxeber.az xəbər verir ki, şəhərin çoxmənzilli yaşayış binalarında genişmiqyaslı abadlıq və quruculuq işləri görülmüşdür. Belə ki, 1200-dən çoxmənzilli binanın dam örtüyü yenidən qurulmuş, 935 binanın zirzəmisi təmizlənmiş və əsaslı təmir olunmuşdur. 795 binanın, eləcə də 4 yataqxananın fasadı yenilənmiş, 47 bina aqlay daşla üzlənmiş və 6500 bina girişi əsaslı təmir olunmuşdur. Əlavə olaraq, şəhərin mikrorayon və məhəllələrində 80 nümunəvi məhəl salınaraq sakinlərin istifadəsinə verilmişdir. Şəhərdə 580 köhnə lift yeni müasir liftlərlə əvəzlənmiş, 44 lift əsaslı təmir olunmuş və 2019-cu ildən isə Qafqazda ilk dəfə olaraq liftlər “Onlayn” İntellektual İdarəetmə sisteminə qoşulmuşdur.
Ümumilikdə son on ildə Sumqayıtda yol infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Belə ki, şəhərin küçə və prospektlərində 4,5 milyon kvadratmetrdən çox sahəyə asfalt örtüyü döşənmişdir. Bununla yanaşı, 129 min kvadratmetr şəklər tametlər döşənmiş, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şərait yaradılmışdır. Küçələrin tam işıqlandırılması üçün ümumilikdə 4409 yeni dirək, 18796 led işıq quraşdırılmış, 15757 ədəd elektrik lampası dəyişdirilmişdir. Bu dövrdə 250 yeni avtobus marşrut xətti istifadəyə verilib, 200 dayanacaq quraşdırılmışdır.
Son illərdə yeni parkların salınması, bulvarın inşası və geniş yaşıllaşdırma tədbirləri nəticəsində şəhərin yaşıllıq sahəsi 619 hektardan 1163 hektara çatdırılaraq iki dəfə artırılmışdır. Şəhərin infrastrukturunda da mühüm dəyişikliklər həyata keçirilmişdir. Məişət tullantılarının yığılması və daşınması üçün yeni texnika və avadanlıqlar alınmışdır. Ötən dövrdə şəhər İcra Hakimiyyəti tərəfindən Təmizlik Departamentinə 46 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi və texnika verilmiş, 9474 ədəd müxtəlif ölçülü tullanti qutusu quraşdırılmışdır. Ümumilikdə 6,8 milyon kub metr məişət tullantısı daşınmışdır.
Şəhərin qaz və su təchizatı da gücləndirilmişdir - 264,7 km qaz xətləri və 30 km su xətləri yenilənmişdir. Enerji təminatının yaxşılaşdırılması üçün 49 güc mərkəzi və bir neçə yeni yarımstansiya istifadəyə verilmişdir. Bu addımlar, toplamda şəhərin infrastrukturunu müasirləşdirmək və sakinlərin həyat keyfiyyətini yüksəltmək məqsədini güdür.





