"Mədəniyyət Nazirliyi: Tenderdə qanunsuzluq iddiaları"

Azərbaycanda, Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Tədarük” MMC tərəfindən Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması məqsədilə 2025-ci il 8 iyul tarixində keçirilmiş açıq tenderin yekunu açıqlanmışdır. Tenderdə “TƏMİR-TƏCHİZAT-4” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. Seçim prosesində 380.507,52 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılmışdır. Tender nəticələri 02.09.2025-ci il tarixində satınalmalar portalında dərc olunmuşdur.
Qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Tədarük” MMC-nin satınalma müqaviləsi bağlamaq istədiyi “TƏMİR-TƏCHİZAT-4” MMC, bir neçə il əvvəl tender bazarının fəal iştirakçılarından biri olmuşdur. MMC, 2021-2023-cü illərdə Qaradağ rayon İcra Hakimiyyətinin və Aparatın Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi yolların əsaslı təmir işləri üzrə tenderlərin qalibi olmuşdur. Medianın yaydığı xəbərlərə görə, MMC Lökbatanın abadlaşdırılmasına ayrılan dövlət vəsaitlərini satınalmalar yolu ilə kanalizasiya ilə məşğuldur.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinədki məlumatlarına əsasən, “TƏMİR-TƏCHİZAT-4” MMC (VÖEN: 3100165181) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov, ev.10/4, qanuni təmsilçisinin adı Həsənov Elburus Məmməd oğludur.
Vergi öhdəlikləri ilə bağlı, 2006-2020-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC passiv vergi ödəyicisi kimi qeyd edilir. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiqləyən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara Dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırarsa, onun VÖEN-i passivləşdirilir.
Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyini və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığını və sahibkar kimi gəlir əldə etmədiyini göstərir. Belə olan halda, Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Tədarük” MMC son üç ildir sahibkarlıq subyektinin fəaliyyətini dayandırdığı “TƏMİR-TƏCHİZAT-4” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlamaq istəyir?
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vahid reyestri məlumatlarında MMC-nin müvafiq sahə üzrə tələb olunan lisenziya və icazələri haqqında heç bir məlumat yoxdur. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda tədarükçülərin uyğunluq göstəriciləri müəyyən edilib. Eyni qanuna görə tədarükçünün lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunları ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması mütləqdir. Habelə, müflis elan olunmaması və ya bu prosedura başlanılmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxslər olmaması, borcuna görə əmlakının üzərinə tələb yönəldilməməsi, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış mütləqdir.
Qanunun tələblərindən də göründüyü kimi sahibkarlıq fəaliyyəti dayandırılmış şəxsin satınalmalarda iştirakına yol verilmir. Maraqlıdır ki, Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Tədarük” MMC-nin rəsmiləri “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini qiymətləndirərkən bütün bu sadaladıqlarımız qanunsuzluqları necə görmədilər? Çox yaxşı görürlər. Amma özləri görməzlikdən gəlirlər.
Qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Tədarük” MMC-nin təsis edildiyi tarix 15 oktyabr 2022-ci ildir. MMC-nin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlərin, təşkilatların, assosiasiyaların, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildən təsis edilən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Tədarük” MMC-nin direktoru kimi deyil, “FIL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabr ayına qədər fəaliyyət göstərəcəkdir.
Medianın yazdığına görə bu dövrdə “Əsaslı Tikinti və Tədarük” MMC Azərbaycanın Yaradıcı Sənayelər Federasiyasının ən bahalı tenderlərini 4-5 şirkətə verib. Onlardan biri də zamanı ilə Rafiq Vəliyevin rəhbərlik etdiyi “FIL AGENCY” MMC olub.