Gülnarə Abdullayevanın ölkədən çıxışı qadağan edilib

Sabunçu rayonunda yerləşən 11 nömrəli xüsusi internat məktəbinin direktoru Gülnarə Abdullayevanın ölkədən çıxmasına məhdudiyyət qoyulub. Buna səbəb onun rəhbəri olduğu məktəbin dövlətdən 36,158.19 manat borcunun yaranmasıdır.
1960-cı il təvəllüdlü Gülnarə Heybət qızı Abdullayevanın direktoru olduğu məktəbin Dövlət Sosial Müdafiə Fonduna 17,477.31 manat, İşsizlikdən Sığorta Fonduna 2,905.8 manat, İcbari Tibbi Sığorta Fonduna isə 15,755.08 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.
Məhkəmənin qərarı ilə Gülnarə Abdullayevanın ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Məlumat üçün qeyd edək ki, onun barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - küllü miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Aparılmış istintaq-amiliyyat tədbirləri zamanı müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edib. O, faktiki olaraq işləməyən müəllimlərin guya iş gölməkdə olduğunu göstərərək, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi ilə gündəlik məktəbə gələn uşaqların sayının da artıq göstərilməsinə nail olub. Bu yolla onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsi səbəbilə 88,622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib və vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, Gülnarə Abdullayevanın otağına keçirilmiş baxış zamanı, ayrı-ayrı şəxslərin adlarına olan dörd ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftər aşkar olunaraq götürülmüşdür.
Beləliklə, Gülnarə Abdullayevanın barəsindəki vəziyyət hüquqi cəhətdən mürəkkəbdir, və o, yalnız maliyyə pozuntuları ilə deyil, həmçinin başqa ciddi iddialarla mübarizə aparır. Onun cinayət prosesinin nəticələri, onun karyerası və məktəbin gələcəyi üçün əhəmiyyətli təsir göstərə bilər.
```