"S?T: Avrasiya Diplomatiyasında Yeni İstiqamətlər"

Sanxay Əməkdaşlıq Təşkilatı (ŞT) son 25 ildən bəri regional təşəbbüsdən Avrasiyanın diplomatiyasının konturlarını müəyyən edən əsas beynəlxalq platformalardan biri çevrilib. Asiyanın və Avrasyanın ən böyük dövlətlərini birləşdirən təşkilat təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin inkişafı və Qlobal Cənub dövlətlərinin maraqlarının müdafiəsi altnı çevrilib. Qlobal qeyri-sabitlik və çoxqütblü dünyaya keçid fonunda ŞT-in rolu daha da nəzərə çarpar.
Bu mötəbər tədbirdə 20-dən çox dünya lideri və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri sammitdə iştirak edəcəklər. Bütün bunlar isə qlobal qeyri-müəyyənliyin dərinləşdiyi və çoxqütblüyə doğru açıq keçidin baş verdiyi bir zamanda baş tutur.
Bu təşkilat tədricən mühüm sabitləşdirici faktora çevrilib. O, daha çox formal institutlara deyil, funksional əməkdaşlığa əsaslanır. Regional Antiterror Strukturu terrorizm, ekstremizm və narkotik qaçaqmalçılığı ilə mübarizədə real nəticələr göstərir. Bu uğurlar, ənənəvi ittifaqların böhran yaşadığı bir dövrdə ŞT-in təhlükəsizlik sahəsində tərəfdaş kimi nüfuzunu artırır.
Prezident Ilham Əliyevin Zirvə görüşü çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşləri olub. Ölkə başçısı həmçinin Tiencin şəhərində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen, "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie I, "CETC" (China Electronics Technology Group Corporation) korporasiyasının baş direktoru Cu Pen və "CCCC" (China Communications Construction Company) şirkətinin sədri Son Haylian ilə görüşlər keçirib.
Bu görüşlər Azərbaycan Prezidentinin təşkilata üzv dövlətlərin rəhbərləri, o cümlədən ölkəmizlə iqtisadi əlaqələrin yaradılması və genişləndirilməsinə böyük maraq göstərən şirkətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində "ŞT plyus" formatında görüş keçirilib və Azərbaycan Prezidenti Ilham Əliyev tədbirdə çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçisi qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindendir.
Son iki ildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş ŞT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri quruldu. Bu il Prezident Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyannamə imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Prezident Ilham Əliyev öz çıxışında vurğulayıb: "Azərbaycan regionda Çin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk."
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırılır. Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastrukturlar yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan İlti Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Ölkə başçısı qeyd edib ki, "Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək."
Ilqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
```