**Kəlbəcərdə İnkişaf: Yeni Həyatın Başlanğıcı**

Prezident İlham Əliyevin Kəlbəcər növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyat sürətlə bərpa olunur, yeni reallıqlar əsasında müasir infrastruktur formalaşdırılır və xalqımızın doğma yurdlarımıza qayıdışı gerçəkəlşir. İsgaldan azad edilmiş Kəlbəcər rayonunun göz oxşayan təbiəti Prezident İlham Əliyevin uzaqgörən və situasiyaya uyğun, çevik diplomatik yanaşmasının manifestidir. Kəlbəcər döyüş meydanında əldə olunan möhtəşəm zəfərin diplomatiya müstəvisinə transformasiyasının təzahürüdür.
Kəlbəcərdə həyata keçirilən layihələr, yolların salınması, enerji təminatının yaradılması, kənd və qəsəbələrin bərpası, sosial və iqtisadi infrastrukturun qurulması Azərbaycanın gücünün, dövlətimizin iradəsinin və Prezidentimizin qətiyyətli liderliyinin ən parlaq sübutudur. Bu baxımdan da dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bölgəsi qısa müddətdə həm ölkəmizin, həm də regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməkdədir.
Kəlbəcərə qayıdış xalqımızın arzularının gerçəkləşməsi, həm də tarixi ədalətin bərpasıdır. Burada həyata keçirilən hər bir yeni tikinti, hər bir layihə dövlətimizin və xalqımızın gələcəyə inamının, güclü iradəsinin rəmzidir. Dövlət rəhbərimizin dəmir qətiyyəti, xalqımızın sarsılmaz birliyi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə yeni həyat başlayır, yüzilliklər boyu ata-babalarımızın yaşadığı o torpaqlar yenidən çiçəklənir.
Kəlbəcər rayonu zəngin yeraltı və yerüstü sərvətləri ilə seçilən dilbər guşələrimizdən biridir. Burada həm sənayenin, xüsusilə bərpaolunan enerji mənbələrinin, mədənlərin və kənd təsərrüfatının inkişafı üçün bütün lazımi resurslar mövcuddur. Təsadüfi deyil ki, işğaldan sonra məhz qeyd etdiyimiz bütün istiqamətlər üzrə sürətli işlər görülür və Kəlbəcərin ölkə iqtisadiyyatına reintqasiyası uğurla həyata keçirilir.
Kəlbəcərin inkişafı bir daha sübut edir ki, dövlətimizin ən prioritet məqsədi vətəndaşlarımızın təhlükəsiz, firavan və rahat yaşamasının təmin edilməsidir. Bu torpaqlarda aparılan quruculuq işləri xalqımız üçün əbədi qürur mənbəyi, gələcək nəsillər üçün isə dövlətimizin gücünün, milli iradəmizin sarsılmazlığının əbədi rəmzi olacaq. Azərbaycan xalqı yaxşı bilir ki, bu nailiyyətlərin başında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və xalqa bağlılığı dayanır. Məhz bu liderliyin sayəsində bu gün Qarabağda və Şərqi Zəngəzurda ədalət bərpa olunub, dirçəliş başlayıb.
Aysel Mənsimova - politoloq
```