Sumqayıt Həkimin Qonşusuna Təcavüzü İddia Olunur!

Sumqayit Hospitalinda lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşuluqda yaşayan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunub.
Bu barədə redaksiyamıza müraciət edən Sevinc Pasayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur.
Sikayətçi, ötən il adı Behbudov olan şəxs tərəfindən aldığı evə köçdüyü gündən qonşuluqda yaşayan Elçin Bayramovun əsassız iddiaları ilə qarşılaşdığını vurğulayıb:
“Evə köçməzdən əvvəl kommunal sistemlə bağlı bütün məsələləri satıcı ilə dəqiqləşdirmişdik. Əli Behbudov bildirib ki, su və kanalizasiya xətləri qonşuluqdaki dostları ilə birlikdə çəkilib və heç bir problem olmayacaq. Lakin sonradan Elçin Bayramov bu xətlərin yalnız ona məxsus olduğunu iddia edərək bizi su xəttindən ayırmaq üçün müxtəlif təzyiqlərə başladı. Bütün danışıqlarımıza baxmayaraq, o, su xəttimizi qanunsuz şəkildə kəsdi,” - deyə Pasayeva ifadə edib.
Pasayevanın sözlərinə görə, Elçin Bayramov bu addımları hüquq-mühafizə orqanlarında çalışan yaxın qohumunun dəstəyinə arxalanaraq atdığını açıq şəkildə bəyan edib:
“Deyir ki, heç kimdən çəkinmir. Ailəmizə davamlı maddi və mənəvi zərər vurur, münaqişə yaratmaqla ictimai təhlükəsizliyə də təhdid yaradır,” - əlavə edib.
Sikayətçi bildirib ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Sonda Sevinc Pasayeva media vasitəsilə müraciət edərək məsələni ictimailəşdirməyin vacib olduğunu bildirib:
“Bir həkimin – cəmiyyətin sağlamlığına cavabdeh olan şəxsin bu cür davranış sərgiləməsi narahatedicidir. İstəyirəm ki, bu hal ictimailəşsin və gələcəkdə daha ciddi fəsadlara yol açmasın.”
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Konkret.az
``` Bu yazıda, Sevinc Pasayevanın Elçin Bayramovun qanunsuz davranışlarına dair təqdim etdiyi şikayət və onun cəmiyyətə etdiyi çağırış yer alır. Həmçinin hüquq-mühafizə orqanlarına da müraciət edildiyi vurğulanır.