"Balakəndə dələduzluq: 6000 manat pul problem!"

Balakən rayonunun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ona qarşı törədilən dələduzluq əməllərinə görə 6000 manat pulunun qaytarılmadığı üçün Balakən İcra şöbəsinin məmuru Bəhruzun özbaşına əməllərinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və diğər aidiyyəti qurumların rəhbərlərinə 30 aprel 2025-ci il tarixli müraciəti ünvanlanmışdı

"Balakəndə dələduzluq: 6000 manat pul problem!"
```html

Balak?n rayonunun Qazma k?nd sakini Bayramov Famil Aslan oglu, ona qarşı törədilən dələduzluq əmələrinə görə 6000 manat pulunun qaytarılmadığını bildirərək Balak?n Icra şöbəsinin məmuru Bəhruz haqqında Prezident İlham Əliyev, ədliyyə naziri Fərid Əhmədov və digər aidiyyəti qurumların rəhbərlərinə 30 aprel 2025-ci il tarixli müraciət ünvanlamışdır.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan məktubu biz 01 may 2025-ci il tarixində "Vətəndaş icra məmurunun əmirlərindən ədliyyə naziri Fərid Əhmədova müraciət etdi" başlığı ilə olduğu kimi ictimailəşdirdik və tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərdik. Qısa müddət ərzində şikayətçi Famil Aslanov Balak?n rayon Prokurorluğuna dəvət olununib və izahati alınıb. Şikayətçi Familiyə verilən məlumatlardan aydın olmuşdur ki, aparılan araşdırmalardan dərhal sonra Balak?n rayon Icra şöbəsinin icra məmuru Bəhruz müllimin özü onunla telefon əlaqəsi saxlayaraq çox ciddi narahat olduğunu bildirmiş, barəsində yazılan şikayətin də detallı və hərtərəfli yazıldığını etiraf etmiş və vaxtında guya işin sürətləndirilməsi adı ilə ondan aldığı 200 manatı da naqd formada geri qaytarmışdır.

Bundan əlavə, Bəhruzun yaxın adamları da Familin qapısına minnətçi düşərək ondan şikayətçi olmamağı xahiş etmişlər ki, görək Bəhruz bu problemdən necə "xilas" ola bilir. Famil də onlarla razılaşmışdır ki, gedin işinizi özünüz həll edin. Mən əsasən Rahil müllimə oğlunun vaxtında həbs olunmaması üçün şəxsi fındıq bağını satacağı vədini verərək aldıqları 6000 manatı almağa çalışıram.

Bir daha xatırladaq ki, Familin həmkəndlisi olan Məmmədova Rahilə Məhəmməd qızına 2024-cü ilin əvvəlində ona şəxsi fındıq bağının satılması şəraitilə əvvəlcədən Balak?n Notariat kontorunda borc müqaviləsi imzalayaraq 7000 (yeddi min manat) vermişdir. Daha sonra da 1000 manatı onun oğlu olan Sərxanov Pərviz Məmməd oğluna da notarius vasitəsil? vermişdir. Lakin necə olduysa bu ana və oğlu sonradan fikirlərindən vaz keçmişlər. Famil 2000 manat qaytardıqdan sonra qalan 6000 manatı 1 ildən çoxdur ki, qaytarmaqdan vaz keçmişlər. Notariat kontoru rəisinə şikayətdən sonra icra üçün edilməsi üçün Balak?n Icra şöbəsinə göndərilmişdir.

Rahilənin hazırda əmək pensiyası 950 manat olduğu halda Balak?n Icra şöbəsinin icra məmuru olan Bəhruz bildirmişdir ki, fevral ayından sizdən onun kartından 450 manat tutulacaq və ödənişlər olacaq. Ancaq o, ödəmə etmək əvəzinə Notariat Kontorunun qəbul etdiyi borcun ödənilməsi barədə qərarı yerli məhkəməyə şikayət vermişdir. Şikayətin 29 mayda baxılması nəzərdə tutulmuşdur. Elə burada "oğru-dogru" məsələsi yada düşür.

Bəli, Familin yuxarı orqanlara etdiyi şikayətdən hiddətlənən Rahilənin Ekologiya Nazirliyində Məslələrin İnkişafı Departamentində çalışan oğlu Sərxanov Rəsad Məmməd oğluna isə daha qabağa gedirik, Famil onu "pəltək" deməklə təhqir etdiyinə görə məhkəməyə verəcəyini hədələməkdədir ki, sonda o, anasından 6000 manat pulu istəməkdən vaz keçməyə məcbur olsun.

Bütün bu hadisələrin fonunda hər ay təqaüdündən 450 manat pul tutularaq Famil Aslanova ödənişi qərarına rəğmən o, yerli prokurorluqda yazdığı öhdəlikdə qeyd etmişdir ki, oktyabrın 1-də 5500 manat pulu fındıq satıb ödəyəcəkdir. İndi isə 500 manat naqd pul verərək F.Aslanovu razı sala bilmişdir. Ürəyiyumsaq olan Famil Bayramov da uzaqgörən və istənilən çətin vəziyyətdən çıxmaqda mahir usta olan Rahilənin bu "tələsinə" asanlıqla düşmüşdür. Regiondan verilən məlumata görə, bu il baş verən soyuqlar fındıq məhsulunun çox zəif olacağını deməyə əsas verir. Atalar demişkən - "Yağmadı yağış, bitmədi qamis". Onda necə olacaq?

```