"BSU-da Bir Şagirdin İştirakı: Ucuz Piar mı?"

Bakı Slavyan Universitetində (BSU) keçirilən elmi seminarda Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nəzərlinin iştirakı ilə bağlı xəbər sosial mediada və təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub

"BSU-da Bir Şagirdin İştirakı: Ucuz Piar mı?"

Baki Slavyan Universitetində Naxçivan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nağırlının İştirakı ilə Bağlı Xəbər

Bakı Slavyan Universitetində (BSU) keçirilən elmi seminarda Naxçivan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nağırlının iştirakı sosial mediada və təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Editor.az xəbər verir ki, bu halın səbəbi sadə, lakin eyni zamanda düşündürücüdür: bir şagirdin tədbirdə iştirakı universitetin rektoru Anar Nagiyevin xüsusi təşəbbüsü kimi təqdim edilib və mediada "nümunəvi addım", "uğur" kimi qiymətləndirilib.

Bəli, düz eşitdiniz; bu, 10 yox, 100 yox, 1 məktəblinin hansısa tədbirdə iştirakı reklam alətinə çevrilib. Ekspertlər bu halı "ucuz piar", "şişirdilmiş təşəbbüs" və "populizm" kimi dəyərləndirir. Onların fikrincə, sadəcə bir şagirdin tədbirə qatılmasını rektor səviyyəsində təşviq predmetinə çevirmək universitetin təbliğat siyasətində ciddi boşluqların və cəmiyyətə təqdim edə bilməyəcəyi akademik uğurlarının olmadığını üzə çıxarır.

Hesab edirik ki, bir məktəblinin universitetdə təşkil edilən seminarda iştirakı xüsusi təbliğata çevrilməməli və rektor səviyyəsində təqdim olunmamalıdır. Ölkədə hər gün onlarla belə təşəbbüslər həyata keçirilir. Hətta heç bir vəzifə daşımayan sadə vətəndaşlar müxtəlif gənclərin təhsilinə maddi və mənəvi dəstək verirlər.

Belə bir şəraitdə, elm və təhsildə real nailiyyətlər əvəzinə xırda hadisələri şişirtmək universitet rəhbərliyinin populist yanaşmasını ortaya qoyur. Bu, real elmi nəticələrin yoxluğunu ucuz reklam üsulları ilə ört-basdır etməyə cəhdidir.

Qeyd edək ki, BSU-nun rektoru Anar Nagiyev mətbuatın gündəminə dəfələrlə müxtəlif qalmaqallarla gəlib və onun ünvanına ciddi ittihamlar səsləndirilib. Görünür, bu cür ucuz piar siyasəti ilə qalmaqallı rektor özünə müsbət ictimai imic formalaşdırmağa çalışır.

Lakin yaxşı olardı ki, bu cəhd sadə bir Azərbaycan məktəblisinin üzərindən edilməzdi. Cəmiyyət universitetlərdən real akademik nailiyyətlər gözləyir. Tək-tük tədbirlərə gənc iştirakçıların cəlb edilməsi isə gündəmi doldurmaq üçün vasitəyə çevrilməməlidir.

//Mahir Aga, Editor.az