"Uşaqların Hüquqları: İstismara Qarşı Mübarizə"

 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur bələdiyyəsi və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın təşkilatçılığı ilə “Uşaq hüquqları və azyaşlıların əməyinin istismarı”na həsr olunmuş tədbir keçirilib

"Uşaqların Hüquqları: İstismara Qarşı Mübarizə"

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur bələdiyyəsi və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın təşkilatçılığı ilə "Uşaq hüquqları və azyaşlıların işgəncəsi"na həsr olunmuş tədbir keçirilib. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada baş tutan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov şəhid ailələrini, qazilərini və bütün qonaqları salamlayıb. O bildirib ki, uşaq hüquqları bütün dünyada uşaqların müdafiəsi və rifahının təmin edilməsi məqsədilə qəbul edilmiş beynəlxalq norma və qanunlarla qorunur: "Əsasən, 1989-cu ildə BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası, uşaqların hüquqlarını təmin edən ən önəmli beynəlxalq sənəddir. Bu konvensiya uşaqların sağlam və təhlükəsiz mühitdə yaşamaq, təhsil almaq, oyun və istirahət etmək, sağlamlıq xidmətlərindən faydalanmaq və öz fikirlərini sərbəst ifadə etmək kimi hüquqlarını tanıyır və qoruyur."

İxdiyar Nəcəfov həmçinin qeyd edib ki, azyaşlıların işgəncəsi uşaqların həm fiziki, həm də psixoloji inkişafına ciddi zərər vuran bir problemdir. "Bu, uşaqların təhsil alma imkanlarının məhdudlaşması, sağlamlıq vəziyyətlərinin pisləşməsi və ümumilikdə onların normal uşaqlıq həyatından məhrum olmaları ilə nəticələnir. Azyaşlıların işgəncəsi müxtəlif formalarda ola bilər: təhsil alanların erkən yaşda işə məcbur cəlb edilmələri, xüsusilə təhlükəli və zərərli işlərdə istifadələri onların təhsil hüququndan məhrum edilməsi hesab olunur," - deyə o bildirib.

O, əlavə edib ki, bu cür istismar halları yalnız uşağın inkişafına mənfi təsir görsətmir, həm də onların gələcək həyatına ciddi maneələr törədir. Ölkədə azyaşlıların işgəncəsinin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bunlar arasında qanunvericiliklə uşaqların əmək hüququnun qorunması, ictimai maarifləndirmə, sosial dəstək proqramları və beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır. Bizim də üzərimizə düşən əsas vəzifələrdən biri maarifləndirmə işlərini gücləndirməklə bunlara müvəffəq olmaqdır."

Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkilini bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağaev, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyala Veysova, Suraxanı RIH yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, yetkinlik yaşına çatmayanların işi və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asif İmrahov, Qaraçuxur məscidinin imami Hacı Mirilyas Nizirov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Digər çıxış edənlər Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görüldüyünü vurğulayıblar. Diqqətə çatdırılıb ki, ölkədə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.