"30 il eyni məktəbdəki direktor qalmaqalı"

Son aylar ölkənin təhsil gündəmi bir-birinin ardınca üzə çıxan direktor qalmaqalları ilə çalxalanır

"30 il eyni məktəbdəki direktor qalmaqalı"

Son aylarda ölkənin tәhsil gündəmi bir-birinin ardınca üzə çıxan direktor qalmaqalları ilə çalxalanır. Bir sıra məktəb rəhbərlərinin qanunsuz fəaliyyətləri ifşa olunub və onlar vəzifədən azad edilib. Elm və Tәhsil Nazirliyinin bu kimi hallara operativ və prinsipial müdaxiləsi cəmiyyət tərəfindən tәqdir edilir.

Lakin bu proses bir sualı daha aktuallaşdırır: tәhsil sistemində hər kəs eyni yanaşma tәtbiq olunurmu? Bu kontekstdə xüsusi diqqət çəkən nümunələrdən biri Bakı şəhəri Binə qəsəbəsi 149 saylı tam orta məktəbin direktoru Rahilə Baxsiyeva ilə bağlıdır. Çünki Rahilə xanım, nə az, nə çox, 1995-ci ildən bu yana — düz 30 ildir eyni məktəbə rəhbərlik edir. Tәhsildə müasir çağırışların artıq bir zərurətə çevrildiyi, yeniləşmə və islahatlar dalgasının sürətlə davam etdiyi bir sraitişdir, bir direktorun fasiləsiz 30 il eyni məktəbə rəhbərlik etməsi yəqin ki, hər kəs üçün nonsensdir.

Daha narahatedici məqam isə budur ki, Rahilə Baxsiyevanın adı mətbuatda illərdir mütəmadi olaraq rüsvət, müəllimlərə təzyiq, vakant yerlərin satılması və digər xoşagəlməz hallarla gündəmə gəlir. Mətbuatda onun fəaliyyəti ilə bağlı dərc olunmuş yazıların əksəriyyəti neqativ xarakter daşıyır. Şikayətlərə baxmayaraq, onun vəzifədə qalması isə cəmiyyət arasında ciddi suallar doğurur.

Məsələn, 2025-ci ilin mart ayında yayım olunan xəbərlərdə qeyd olunur ki, 149 saylı məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif siniflər üzrə şagirdlərdən 20-50 manat arasında pul yığıldığı iddia edilir. Hər sinifdən toplanan vəsaitin bir hissəsinin birbaşa direktor Rahilə Baxsiyevaya çatdırıldığı bildirilir. Bu, təhsil sistemində baş verən qanunsuzluqların qorxulu bir göstəricisidir.

Bundan əlavə, 2021-ci ildə dərc olunan bir məqalədə qeyd olunur ki, məktəbdə dərs bölgüsü, əlavə dərs saatları və sinif rəhbərliyi vəzifələri üçün müəllimlərdən pul tələb olunduğu iddia edilir. Həmin məqalədə bildirilir ki, məktəbdə 4000 mindən artıq ağır təhsil alır və toplanan vəsaitlər direktor və keçmiş icra başçısı arasında bölüşdürülür. Bu cür müttəfiq fəaliyyətlər, məktəb mühitindəki davamlı problemlərdən biri kimi ortaya çıxır.

İgör ölkədə direktorların fəaliyyəti ilə bağlı mütəmadi olaraq monitorinqdən keçirilir, fəaliyyətləri qiymətləndirilir və nəticəyə əsasən rotasiyalar aparılırsa, Rahilə Baxsiyeva necə olur ki, 30 il eyni kresloda qalır? Bütün ittiham və narazılıqlara baxmayaraq, onu toxunulmaz edən nədir? Bu suallar cəmiyyətin diqqətini çəkir və tәhsil sisteminin ədalətliliyini sorğulatmağa səbəb olur.

Beləliklə, tәhsil sistemindəki qanunsuzluqların ifşası və direktorların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı cəmiyyətdə müzakirələr hələ də davam edir. Vəziyyətin düzəlməsi üçün müvafiq orqanların daha sərt və prinsipial yanaşma sərgiləməsi zəruridir.