"Azərbaycana Macarıstanın Strateji Dəstəyi"
Regional lider dövlət kimi qüdrətli Azərbaycanın çoxvektorlu xarici siyasətində Macarıstanın xüsusi yeri var
"Azərbaycana Macarıstanın Strateji Dəstəyi"

Agar?him Baxisov – Dövlət İdarəçiliyi Akademiyası
Azərbaycana regional lider dövlət kimi qiymət verildikdə, Macaristanın xüsusi yeri vurğulanmalıdır. Bu münasibətlər, diplomatik aspektlərdən tutmuş enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi əməkdaşlıq, mədəni yaxınlaşma və strateji tərəfdaşlığa qədər geniş bir spektrdə özünü göstərir. Macaristan ilə münasibətlər, Türk soyuna münsusiyyətindən irəli gələrək, tarixi bir qardaşlıq bağının simvoludur. Eyni zamanda, bu yaxınlaşma, siyasi iradənin nəticəsi olmaqla yanaşı, iki millət arasında ortaq maraqlara dayanan bir dostluq duyğusunun ifadəsidir.
Macaristan, Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələrində körpü kimi çıxış edir. Bu ölkə, rəsmi Bakının Brüsselə uzanan yolunda etibarlı tərəfdaşdır və hərtərəfli dəstək verən anlayışlı bir müttəfiqdir. Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycanın qazının Avropa bazarlarına çıxarılmasında Macaristanın aktiv iştirakı, Azərbaycanın enerji təhlükəsizliyi gündəliyinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Bununla yanaşı, təhlükəsizlik sahəsində də əməkdaşlıq dinamik bir inkişaf göstərir. Global təhdidlər və regional çağırışlar fonunda, Azərbaycan və Macaristanın ortaq maraqlarına əsaslanan əməkdaşlığı, sülh və sabitlik təmin edir.
İki tərəfli təşəbbüslər çərçivəsində mütəmadi dəstək, səmimi dostluq münasibətinin önəmini ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macaristanın Baş naziri Viktor Orban arasındakı dostluq, iki ölkə arasında strateji tərəfdaşlığın əsas hərəktverici qüvvəsi olmuşdur. Bu dostluq son dərəcə konkret nəticələrlə təsdiqlənir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Macaristanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Bu səfər çərçivəsində Budapeştdə iki ölkə liderləri ilə məhdud tərkibdə görüş keçirildi. Görüşdən sonra hər iki lider mətbuata bəyanatlarla çıxış etdi. Macaristanın Baş naziri Viktor Orban, Azərbaycanla münasibətləri yüksək qiymətləndirərək, iki ölkə arasındakı dostluğun uzun illər ərzində sınaqdan keçdiyini vurğuladı. İlham Əliyev də Macaristanın müstəqil bir siyasət yürütməsini önə çəkdi və bunun çətin bir məsələ olduğunu qeyd etdi.
Enerji sahəsində də iki ölkə arasında müsbət dinamika mövcuddur. İlham Əliyev, Macarıstana təbii qaz ixracına 2021-ci ildən başladığımızı qeyd edərək, Macaristanın qaz tələbatını qarşılamağı mümkün olduğunu bildirdi. Beləliklə, Azərbaycanın geniş qaz resursları bazası mövcuddur.
"Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Macaristanın müsbət təşəbbüsləri də qeyd edilməlidir. Macaristanın "MOL" şirkətinin Azərbaycan və Macarıstan arasında uzunmüddətli tərəfdaşlığa dair mövcud etibarı bildirir.
Maliyyə sahəsində də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. 2024-cü ilin sonuna qədər Azərbaycanın Macarıstana ixrac etdiyi məhsulların ticarət dövriyyəsi 29 faiz artıb. Bu, iki ölkə arasında ticarət körpüsünün daha da güclənməsinin rəmzidir. Macaristandan Azərbaycana yönəldilən birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatmışdır.
Bu qarşılıqlı sərmayələr, iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx bağlayır və strateji dostluğun konkret nəticələrini ortaya qoyur. Macaristan hökumətinin "yaşıl enerji" təşəbbüslərinə verdiyi dəstək, iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı daha da möhkəmləndirəcək yeni imkanlar açır.
Bütün bunlar, Azərbaycan və Macaristan arasındakı münasibətlərin müsbət inkişafını, qardaşlıq duyğularını və strateji əməkdaşlığın genişlənməyə davam edəcəyini göstərir.