Azərbaycanda Macarıstan ilə strateji tərəfdaşlıq artmaqdadır

 Azərbaycanla Macarıstan arasındakı münasibətlər son illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib və hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır

Azərbaycanda Macarıstan ilə strateji tərəfdaşlıq artmaqdadır
Az?rbaycanla Macaristan arasindaki münasib?tlərin inkisafı Az?rbaycanla Macaristan arasındakı münasibətlər son illər ərzində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır. Genişləndirilmiş strateji tərəfdaşlıq və enerji sahəsindəki əməkdaşlıq regional təhlükəsizlik və eyni zamanda iqtisadi inkişaf baxımından mühüm perspektivlər təqdim edir. Bununla yanaşı, Macaristanın daxili siyasətindeki dəyişikliklər və Avropa İttifaqı ilə əlaqələr, gələcəkdə bu əməkdaşlığa əlavə imkanlar və bəzi çətinliklər gətirə bilər. 2023-cü il fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimində etdiyi çıxışda o, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın prioritet olduğunu vurğuladı. Bu fikirlər, yeni dövrdə xarici siyasətimizin yol xəritəsini də müəyyən edir. 2024-cü il iyulun 6-da Susada keçirilmiş ilk qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində əməkdaşlığa ciddi təkamül verən Qarabaq Bəyannaməsinin qəbul edilməsi tarixi əhəmiyyət kəsb edir. Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macaristanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfər etdi. Səfər çərçivəsində Budapeştdə iki ölkə başçısı ilə görüş keçirildi. Hər iki lider mətbuata bəyanatlarla çıxış edərək, Azərbaycanla münasibətlərin yüksək qiymətləndirildiyini bildirdilər. Orban, Azərbaycan Prezidentinin bütün çətinliklərdə yanlarında olduğunu vurğuladı. Prezident İlham Əliyev də Macaristanın müstəqil siyasətini yüksək qiymətləndirərək, bu ölkənin dostqardaş münasibətlərinin dəyərini qeyd etdi. İki ölkə arasında xüsusilə enerji sahəsində müsbət dinamika mövcuddur. Prezident İlham Əliyev, Macarıstana təbii qaz ixracına başlandığını məlumatlandırdı. “Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür”, - dedi. "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi çərçivəsində Macaristanın müsbət təşəbbüsləri də nəzərdən keçirilməlidir. Macaristanın tanınmış "MOL" şirkəti, "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahibdir ki, bu da Azərbaycanının zəngin təbii ehtiyatlarına inamı və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Yeni dövrün və zamanın tələbinə uyğun olaraq, enerji sahəsində baş verən yenilikləri paralel Macaristan hökumətinin "yaşıl enerji" sahəsində təşəbbüslərə verdiyi dəstək xüsusi qeyd olunmalıdır. 2022-ci ildə imzalanan "Azərbaycan, Gürcüstan, Rumıniya və Macaristan hökumətləri arasında 'yaşıl enerji'nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bu sahədə yeni üfüqlər açır. İqtisadi sahədə də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. 2024-cü ilin sonuna olan statistik rəqəmlər bu sahədəki inkişafın parlaq sübutudur. Azərbaycan və Macaristan arasında ticarət dövriyyəsində 29 faiz artım qeyd olunub. Bu, Azərbaycanın məhsullarının Avropa bazarında daha geniş yer tutduğunu və Macaristanla ticarət körpüsünün möhkəmlənməsini göstərir. Eyni zamanda, 2023-cü ildə Macaristandan Azərbaycana yönələn birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatıb. Bu, Macaristanın Azərbaycan iqtisadiyyatına olan dərin marağını, eyni zamanda ölkəmizin stabilliyinin, dayanıqlı inkişafının və investisiya mühitinin cəlbediciliyinin yüksək qiymətləndirildiyini nümayiş etdirir. Azərbaycanlı investorlar da Macarıstanda aktiv iştirakçıdırlar. Onlar kənd təsərrüfatı, nəqliyyat və digər vacib sektorlarına yatırımlar etməklə iqtisadi tərəfdaşlığı daha da gücləndirirlər. Bu qarşılıqlı sərmayələr iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx bağlayır. Ümumilikdə, Azərbaycan-Macaristan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişaf edir və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyini deyil, həm də geniş regional və qlobal kontekstdə enerji məsələlərinin həllində mühüm rol oynayır. Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü