Kürdəmirdə əməliyyat olunan qadın dünyasını dəyişdi

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadının ölümünün təfərrüatları məlum olub

Kürdəmirdə əməliyyat olunan qadın dünyasını dəyişdi

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadının ölümünün təfərrüatları məlum olub. Mərhumun baldızı Dilbər Abdullayeva Oxu.Az-a açıqlamalarında bildirib ki, dünyasını dəyişən Pərvanə Abdullayeva mayın 12-də səhətində problem olduğu üçün Kürdəmirdəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

O, Pərvanənin USM (Ultrasəs müayinəsi) müayinəsindən keçirərkən kor bağırsağında iltihab olduğu və cərrahiyə müraciət etməyin məqsədəuyğun olduğu bildirilib. Pərvanə xəstəxananın Səbinə adlı ginekoloquna müraciət edib. Səbinə həkim müayinədən sonra Fərid adında cərrahi həkim çağırıb. Fərid ona təcili əməliyyat təklif edib. Ancaq Pərvanənin üstündə pul olmadığı üçün əməliyyatdan imtina edib və evə qayıdaraq, səhər günü xəstəxanaya getmək üçün pul götürməyə qərar verib.

Axsam saatlarında Fərid həkim Pərvanənin oğluna dalbadal zəng edərək, anasını təcili əməliyyata gətirməsini bildirib. Fərid deyib ki, əgər gəlsəniz, gecə kor bağırsaq partlayacaq və öləcək. Həkimin məqsədi, Pərvanənin səhər xəstəxanaya gəlməsini təmin edərək, həmin vaxt başqa cərrahın növbəsinə düşməyini istəmişdir. Həkimin təkidi ilə Pərvanə, oğlu ilə birlikdə axşam saatlarında xəstəxanaya gəlib və dərhal əməliyyata götürülüb.

Pərvanənin əməliyyatı iki saatdan çox sürüb. Mən də qohumlara zəng vurub, hamısını xəstəxanaya çağırmışdım. Axsam saat 8-ə yaxın Pərvanə əməliyyata götürülüb. İki saatdan çox vaxt keçəndən sonra əməliyyat başa çatıb. Həkim gəlib, mənə məlumat verdi ki, əməliyyat uğurlu keçib, kor bağırsaqdan başqa, kista əməliyyatı da icra edilib. Həkimə dedim ki, nə qədər xərc varsa, ödəyim. Fərid doktor dedi ki, əməliyyatda onunla yanaşı anestezioloq da iştirak edib, sabah gəlirsiniz, onun da hörmətini edirsiniz, mənim deyil.

Razılaşdım, həkim çıxıb getdi. Böyük bacım Pərvanənin yanında qaldı. Gecə Pərvanənin vəziyyəti pisləşib, həkimi axtarıblar, amma tapa bilməyiblər. Pərvanədə kəskin baş ağrıları, daxili qanama başlayıb. Pərvanəni palatadan götürüb başqa yerə köçürüblər. Pərvanə gecə saatlarında daxili qanaxmadan dünyasını dəyişib, amma bizə deməyiblər.

Səhər saat 8-də xəstəxanaya gəldim ki, Pərvanə yoxdur. Anestezioloq Səadətdən Pərvanəni soruşdum, dedi ki, vəziyyəti pisləşdiyi üçün aparata qoşulub. Səadətdən soruşdum ki, xəstəni necə aparata qoşdunuz ki, siz onun yanında deyilsiniz. Məni dedi ki, guya növbə dəyişilib və o, xəstəni başqa həkimə təhvil verib. Həkimdən xəstəni görməyimi tələb etdikdə o, qaçdı, yoxa çıxdı. Neçə saat xəstəxanada Fərid və Səadəti axtardım, tapa bilmədim. Palataları bir-bir gəzirdim. Birdən sonuncu palatanın qapısını açdım ki, bəlkə həkim orada olar. Palatada arabadan üstü örtülmüş meyit gördüm. Yaxınlaşıb meyitin üzünü açanda gördüm ki, Pərvanə ölüb, üzünü bağlayıb, meyiti gizlədiblər. Nə qədər qışqırdımsa, heç kimi tapa bilmədim. Bizim xəstəni bilərəkdən öldürüb gizlədiblər, bizə isə deyirlər ki, guya aparata qoşulub.

Pərvanənin ölümünün səbəbi isə Fərid və Səadət həkimləridir.

Xatırladaq ki, mayın 12-də Kürdəmirdə Rayon Mərkəzi Xəstəxanasında rayonun Atakisili kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Pərvanə Ali qızı "kor bağırsağın soxulcanabınzır çıxıntısının iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və əməliyyatdan sonra orada ölüb. Faktla bağlı araşdırma aparılır.