"Interium: Təmirdə 50% Endirim və Şəxsi Kabinet"
"Interium: Təmirdə 50% Endirim və Şəxsi Kabinet"
"Interium" MMC, memarlıq, dizayn, tikinti və təmir xidmətləri ilə müştərilərinə fərdi yanaşma ilə xidmət edir. Şirkət, müştərilərinin təmir işlərinin gedişatını şəxsi kabinet vasitəsilə izləmək imkanı təqdim edir. Həmçinin, təmir xidmətindən istifadə edənlər üçün interyer dizayn layihəsini 50% endirimlə təklif edir.
Şirkət, müştərilərinə təmir xidmətləri ilə bağlı iş prosesini istənilən vaxt və istənilən yerdən izləmə imkanını verir. "Interium" MMC, tətbiq etdiyi şəxsi kabinet sistemi sayəsində müştərilər təmir işlərinin gedişatını izləyə, görülən işlər haqqında məlumat ala və məkanda quraşdırılmış kameraların canlı görüntüsünü izləyə bilirlər (daha ətraflı: https://interium.az/proses).
Məkanda hər yeni iş mərhələsinin başlanmasında müştəriyə bildiriş göndərilir. Bu bildirişdən istifadə edərək, müştərilər şəxsi kabinetə daxil olub kameraların canlı görüntüsünü izləyə bilərlər. Bu yanaşma, təmir prosesində şəffaflığı təmin edir və müştərinin layihə üzrə daim məlumatlı olması üçün şərait yaradır.
"Interium"da iş prosesi ödənişsiz ölçü və ilkin konsultasiya ilə başlayır. Bu mərhələdə müştərinin məkana bağlı istəkləri, ehtiyacları və gözləntiləri layihəni hazırlayan komanda ilə müzakirə olunur. Şirkətin iş modelinin əsas xüsusiyyətlərindən biri layihələndirmə və icra proseslərinin eyni komanda tərəfindən həyata keçirilməsidir. Beləliklə, müştərinin ilkin istəkləri layihənin hazırlanmasından təmirin tamamlanmasına qədər bütün mərhələlərdə nəzərə alınır.
"Interium" təmir xidmətini şirkətə həvalə edən hər bir müştəriyə əlavə üstünlük təqdim edir. Belə ki, təmir sifarişi verən müştərilər interyer dizayn layihəsindən 50% endirimlə yararlana bilirlər. Bu təklif müştərilərə həm məkânın dizaynını, həm də təmir və icra işlərini vahid yanaşma ilə planlaşdırmaq imkanı yaradır.
Qeyd edək ki, "Interium" yaşayış və kommersiya məkanları üçün kompleks xidmətlər təqdim edir. Şirkətin fəaliyyət istiqamətləri memarlıq, layihələndirmə, interyer və eksteryer dizaynı, təmir-tikinti işləri, eləcə də fərdi mebel istehsalını əhatə edir.
Bu xidmətlərin vahid komanda çərçivəsində təqdim edilməsi, layihənin bütün mərhələlərinin əlaqəli və sistemli şəkildə idarə olunmasına imkan verir (daha ətraflı: https://interium.az/layiheler).

