"Nərimanov: Sıxlıq və Qanunsuzluq Problemləri"

Bakı şəhərinin Nərimanov küçələri artıq sakinləri üçün bir yaşayış məkanı deyil, narahatlıq mənbəyinə çevrilib. Patrulaz.az-in çəkdiyi kadrlar və yerində apardığı müşahidələrdə aydın görünür ki, bu küçələr nə şəhər planlamasından, nə qanunlardan, nə də insani normalardan xəbər verir. Regionda yeni tikilmiş obyektlər şəhər strukturunu alt-üst edib, piyada və avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.
Əsasən isə Əsrəf Əliyev 11-15 ünvanı ətrafında müşahidə edilən vəziyyət göstərir ki, yeni obyektlərin inşası küçələrdə piyada və avtomobillərin hərəkətini dözülməz həddə çatdırıb. “Ice Pub Restaurant”, “Dental Estetika”, “Republic Pub Lounge”, “Harika” salonu kimi obyektlərin səki zəbti etməsi, küçələrdə hərəkəti mümkünsüz hala gətirib. Belə ki, səki zəbti olunub və piyadalar yola çıxmaq məcburiyyətində qalır, avtomobillər isə sözün əsl mənasında tıxac içində boğulurlar.
İn acınacaqlı vəziyyət isə “Ciao Pizza” restoranının qarşısında yaşanır. Avtomobillər sanki restorana daxil olmaq istəyirmiş kimi, səkiyi tamamilə zəbtd edib. Sanki bura bir restoran deyil, avtomobil sərgisi meydançasıdır. Sakinlər vaxtilə köhnə binaların sökülərək daha müasir və rahat yaşayış məkanları ilə əvəz olunacağını eşidəndə ümidlənmişdi. Lakin köhnə binaların yerinə başıpozuq şəkildə ucaldılan obyektlər nəinki vəziyyəti düzəltməyib, əksinə Nərimanov rayonunu özbaşınalıq simvoluna çevirib.
Hazırki şəraitdə avtomobil sahibləri də çətin vəziyyətə düşüblər. Lakin problemin kökü fərdi sürücülərdə yox, şəhərsalma planlamasındakı boşluqlarda axtarılmalıdır. Bir sözlə, məsuliyyətsizlik və plansızlıq qarşısında, bu hallara haqq qazandırmaq mümkün deyil.
Mövcud vəziyyət göstərir ki, şəhərin mərkəzində nə piyada, nə sürücü, nə də şəhər idarəçiliyi anlayışı qalibdir. Sürücülər səhv parklanma ilə cərimə olunur, amma cərimələr problemin üstünü örtə bilmir. Küçələri bu hala salanlardan kimdir cavabdeh? Bakı bəlkə də inkişaf edir? Küçələri bəlkə də gözəlləşir? İqiq, bu vəziyyət Bombeyə ehtiyac yoxdur, Nərimanov rayonu yetərlidir!
Bu şəhər kimindir? Xalqınımı, yoxsa bir ovuc tikinti maqnatının? İqiq, indi susacağıqsa, sabah bu küçələrdə nə piyadalar gəzə biləcək, nə də yaşamaq mümkün olacaq! Ümid edirik ki, aidiyyəti qurumlar Bombeyi xatırladan Nərimanov küçələrindəki sıxlıq və qarışıq vəziyyətlə bağlı tədbir görəcəklər.
Patrulaz.az