"ATEF Sirk?tl?r Qrupu'nda maaş izdihamı"

“ATEF Şirkətlər Qrupu”nun əməkdaşları 3 aydır maaşlarını ala bilmirlər

"ATEF Sirk?tl?r Qrupu'nda maaş izdihamı"

“ATEF Sirk?tl?r Qrupu”nun ?m?kdaslari son 3 ayda maaşlarını ala bilmirlər. Bu haqda sirk?td?ki m?nb?l?r məlumat verib. M?lumata görə, 2000 nəfərin çalışdığı sirkətdə maaşlar 3 aydır m?vacibl?r ödənmir. R?hb?rlik, bu məsələ ilə bağlı işçilərə ciddi bir izah vermir və müxtəlif bəhanələrlə vaxtı uzadır.

Teleqraf isə “ATEF Sirk?tl?r Qrupu”nun İdarə Heyətinin sədri Emil ?lixanb?yovla əlaqə saxlayıb. O, suallara yazılı sorğu əsasında cavab verəcəyini bildirib. Lakin sirkətə ünvanlanan yazılı sorğu da cavabsız qalıb.

Qeyd edək ki, 1961-ci ildən fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulan “ATEF Sirk?tl?r Qrupu”nun 9 zavodu və 2000 nəfərdən artıq işçi heyəti mövcuddur. Müəssisə 500-dən çox layihə reallaşdırıb. Mərkəzi ofisi Bakıda yerləşir və bu qurum enerji avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir və müxtəlif ölkələrin enerji infrastrukturuna avadanlıq tədarükündə iştirak edir.

Maraqlıdır ki, bu qədər işçi sayına və zavodlara malik olmasına baxmayaraq, sirkət maliyyə hesabati vermir. Bu barədə qurumun rəsmi veb səhifəsində audit hesabatına rast gəlinmir. Halbuki, “Mikro, kiçik, orta v? iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, işçilərinin sayı 50 nəfərdən, illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir.

”ATEF Sirk?tl?r Qrupu” maliyyə göstəricilərini açıqla+xr masada saxlayır. Qurum bir ay əvvəl BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatorunu 330 kV-luq “Cəbrayıl” qovsaq yarımstansiyasında quraşdırıb. Bundan əvvəl isə Britaniya şirkətinin sifarişi ilə “Sahdınız” qaz yatağı üçün 1250 kVA 11/0,42 kV transformator istehsal etmişdi. “ATEF” eyni zamanda “Ağdam-1” yarımstansiyasında iki ədəd TDTN 40000/110/35/10 kv-luq güc transformatoru quraşdırıb.

Sirkət, Azərbaycanın hüdudlarından kənarda da işlər görür. “ATEF Sirk?tl?r Qrupu” MMC uzaq Zambiya diyarı üçün xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib. Əldə etdiyimiz xəbərə görə, sirkət Zambiyaya 250 MVA gücündə, 330/132-88/11 kV gərginliyində olan güc transformatoru satıb. Onun Azərbaycan-dan adiçikin ölkəyə daşınması 1 milyon dollara başa gəlib.

”ATEF Sirk?tl?r Qrupu” Latviya dəmir yollarının (LDZ) və enerji sistemlərinin (LATENERGO) yenidən qurulması layihəsində də iştirak edib. Bundan əlavə, MMC tərəfindən Gürcüstan üçün İri Qabaritli Transformatorlar Zavodunda 4 ədəd 133 MVA 330/220/10 kV avtotransformator istehsal edilərək, “Qardabani-500” yarımstansiyasında quraşdırılıb. Müəssisənin transformatorları Rusiya və Ukrayna bazarlarında da geniş yayılıb.

Böyük sifarişləri və layihələrə baxmayaraq, sirkət illərdir dövlətdə borcları ilə məşhurdur. 2021-ci ildən MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vergi borcu 6 milyon, 2023-cü ildəsə 11 milyon manat olub. 2025-ci ilin mayın 1-nə olan məlumata görə, sirkətin indiki dövlətdə 186 min 504 manat borcu var.

”ATEF” digər şirkətlər tərəfindən məhkəməyə də verilib. Ötən ilin sonunda “ATEF Sirk?tl?r Qrupu” MMC ilə “Yüks?k Beton” Qapalı Səhmdar Cəmiyyətinin arasında alqı-satqı müqaviləsinə dair yaranan mübahisə nəticəsində “Yüksək Beton” QSC o zaman “ATEF Sirk?tl?r Qrupu” MMC-ni məhkəməyə vermişdi. 2023-cü ildəsə “Sumqayit Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətini “ATEF Sirk?tl?r Qrupu” MMC-ni məhkəməyə vermişdir.

Qeyd edək ki, “ATEF Sirk?tl?r Qrupu”nun təsisçisi və Müsahidə Şurasının sədri tanınmış iş adamı Talib Əlixanbəyovdur. Qurumun qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur. Sirkətin nizamnamə kapitalı 33,892,585.00 AZN-dir.

Bu məsələlər, işçilərin maaşlarının gecikməsi və şirkətin maliyyə hesabatı verməməsi, sirkətin gələcək fəaliyyəti üçün narahatlıq yaradır.