SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/974_b-zi-m-kt-bl-rd-yani-d-rsl-r-h-ft-d-3-gun-keciril-

SON XƏBƏR

Hamısı

Bəzi məktəblərdə əyani dərslər həftədə 3 gün keçiriləcək

(3 Yil, 7 Ay öncə) 412 İzlenme 0 Yorum
Bəzi məktəblərdə əyani dərslər həftədə 3 gün keçiriləcək

ÜMİDTV.com:      Şagirdlər əyani dərslərdə regiondan asılı olaraq həftədə 2 və ya 3 dəfə iştirak edəcək.

Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.

Məktubda qeyd edilib ki, onların gün ərzində dərs saatı sinifdən asılı olaraq 3-5 saat arasında dəyişəcək. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarında həftəlik dərs saatlarının əyani və distant (məsafədən) formalarda tədrisinin bölgüsü verilir.

Bu tədris planlarına uyğun olaraq ümumi təhsilin bütün səviyyələri üzrə dərslərin həm əyani formada məktəbdə sinif otağında təşkil ediləcəyi, həm distant formada “Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı vasitəsilə keçiriləcəyi, həm də Təhsil Nazirliyi tərəfindən teledərslərin təqdim ediləcəyi barədə təhsil iştirakçılarına ətraflı məlumat verilməlidir. Məktəb rəhbərliyi sinif rəhbərlərinin və müəllimlərin iştirakı ilə əyani və distant tədrisin cədvəllərini hazırlamalı, bu barədə valideynləri və təhsilalanları məlumatlandırmalı və təsdiq edilmiş cədvəl əsasında tədris prosesini təşkil etməlidir.

Uyğunlaşdırılmış tədris planlarında əyani formada tədrisə ayrılmış saatlar tam sinif komplekti üçün nəzərdə tutulub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı