SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6270_maksim-sevcenko-pasinyanin-iqtisadi-laq-l-ri-qurma

SON XƏBƏR

Hamısı

Maksim Şevçenko: “Paşinyanın iqtisadi əlaqələri qurması onun Qarabağ klanına qarşı yeganə kartıdır” - MÜSAHİBƏ

(2 Yil, 8 Ay öncə) 3,11 B İzlenme 0 Yorum
Maksim Şevçenko: “Paşinyanın iqtisadi əlaqələri qurması onun Qarabağ klanına qarşı yeganə kartıdır” - MÜSAHİBƏ

Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan uzun fasilədən sonra gözlənilmədən sülhsevər bəyanatla çıxış etdi.

O, İrəvanın Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin regional kommunikasiyaları blokdan çıxarmağa dair danışıqlar prosesinin bərpasına hazır olduğunu bəyan etdi. 

Bunu necə izah etmək olar?

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Oxu.Az-a müsahibəsində hər şeydən əvvəl Nikol Paşinyanın baş nazir vəzifəsinə təsdiqləndiyini xatırlatdı:

“Paşinyan mütləq hakimiyyətə sahibdir, indi o, parlament çoxluğuna malik olmaqla, Ermənistan xalqı üçün yeganə ağlabatan siyasəti yürüdə bilər - bu sülh və bütün kommunikasiyaların blokdan çıxarılmasıdır. Bu, transmilli erməni mafiyalarının strukturlarının deyil, Ermənistan respublikasının maraqlarına uyğundur”.

“Mən düşünürəm ki, Nikol Paşinyanın başında “Böyük Tiqran” haqqında xülyaların olmasına baxmayaraq, o, ağıllı hərəkət edəcək. Əminəm ki, sülh prosesinə alternativ yoxdur. Paşinyan bunu başa düşür. Və əgər o, sülh prosesini dəstəkləyirsə, necə deyərlər, onun əlinə bayraq verməyə hazırıq. Bu yolda ona kömək edəcəyik”, - deyə Maksim Şevçenko vurğulayıb.

Eyni zamanda Nikol Paşinyan artıq uzun müddətdir etibarını itirmiş ATƏT-in Minsk Qrupuna yenidən müraciət etməyə başlayıb...

Bu, Avropa rəsmilərinin səfərindən sonra Avropa İttifaqına yönəlmiş reveransdır. Minsk qrupu ilə bağlı sözlər Brüsselə sadiqlik andıdır. Bunun başqa mənası yoxdur. Minsk qrupu 30 il heç nəyi həll edə bilmədi, nəticədə bütün bunlar qanlı müharibəyə səbəb oldu.

Sizin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin ölkələr arasında sülh müqaviləsinin imzalanması ilə bağlı proqnozlarınız necədir?

Mən deyərdim ki, siyasi prosesin məntiqi bunu tələb edir. Əgər Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə delimitasiya prosesinə və kommunikasiyaların açılmasına start versə, onun adamları deyəcək: Biz “Artsax” haqqında mifi sülhə, Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstanın daxil olduğu iqtisadi məkana inteqrasiyasına dəyişdik. İranla münasibətlər qanuniləşəcək və sair. Bütün bunlar edilməsə, ondan müharibədəki məğlubiyyətin hesabı sorulacaq. Yaxud da o bunu həyata keçirəcək və insanlar deyəcəklər ki, hər şey yaxşıdır – biz müharibədəki məğlubiyyətdən sonra almanlar kimi sülh əldə etdik.

Xatırlatmaq istərdim ki, Almaniya birinci federal kansler Konrad Adenauerin sayəsində firavan ölkəyə çevrildi. Almanlar darmadağını və rüsvayçılığı unutdular. Yeri gəlmişkən erməni xalqı bütün bunlara məruz qalmadı, çünki onlar Azərbaycanın işğal olunmuş torpaqlarında idilər. Təbii ki, mən şərti müqayisə aparıram. Ancaq Nikol Paşinyan bütün bunları araşdırıb və bilir. Mənə elə gəlir ki, o, Ermənistanda Avropa siyasət üsulunu qurmaq istəyir. Əgər belədirsə, bu niyyəti alqışlayıram. Bu, nəinki Ermənistana, hətta qonşu ölkələrə də fayda verə bilər.

Ermənilər milyarderlərin təhlükəsizlik orqanlarının köməyi ilə zorakılığa və müxtəlif tarixi utopiyalara söykənən kriminal kapitalizmdə yaşamağa son verməlidirlər.

21-ci əsrdə insanlar sərhədlərin açıq, biznes imkanlarının mövcud olduğu, hüquq və azadlıqlara hörmətlə yanaşılan sivil bir cəmiyyətdə yaşamağa layiqdirlər. Əgər Nikol Paşinyan bunu etsə, erməni xalqının tarixinə düşəcək.

Deyirlər ki, Ermənistanda revanş götürməyə meyilli “azlıq” var. Eyni zamanda bu təbəqənin bir çox nümayəndəsi Paşinyanın yeni komandasına daxil edildi. Onlar Paşinyana hansısa bir şəkildə təsir edə bilərlərmi?

Təbii ki, ermənilərin daxilində gedən siyasi proseslərin ona təsiri ola bilər. Və çox vacib bir nüans var. Biz bilirik ki, Ermənistan 1999-cu ilin oktyabrında parlamentdə baş nazirin və spikerin öldürüldüyü bir dövlətdir. Bu, siyasi terror aktının norma hesab olunduğu dövlətdir. Ona görə, Paşinyanı sadəcə olaraq öldürə də bilərlər. Lakin onun öz ölkəsinin inkişafını göstərməkdən, müharibədəki məğlubiyyətin müqabilində Ermənistana gələcəklə bağlı ümidlər verməkdən başqa çarəsi yoxdur. Türkiyə və Azərbaycanla sərhədlərin açılması isə yeni iqtisadi reallıqdır. Və bu onun Robert Koçaryan və Serj Sarqsyanın başçılıq etdiyi “Qarabağ klanı” ilə mübarizədə yeganə kartıdır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı