SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/622_diqq-tl-oxuyun-mubariz-m-nsimovun-h-yati-il-oynaya

SON XƏBƏR

Hamısı

Diqqətlə oxuyun: Mübariz Mənsimovun həyatı ilə oynayanların sərgüzəştləri – YAZIQLAR OLSUN !

(3 Yil, 10 Ay öncə) 1,95 B İzlenme 0 Yorum
Diqqətlə oxuyun: Mübariz Mənsimovun həyatı ilə oynayanların sərgüzəştləri – YAZIQLAR OLSUN !

ÜMİDTV.com:       

Əziz dostlar, dəyərli oxucular.

Mən  Rəhman Cəbiyev, bu günə qədər Azərbaycan və  Azərbaycançılıq idiologiyasına sadiq qalaraq, dinimə, milli mənsubiyyətimə dayanaraq, vətənim Azərbaycanı cani könüldən sevən bir insan kimi  Azərbaycanın hər bir vətənpərvər qeyrətli oğullarını çətin günlərində dəstəklədim və əlimdə olan bütün imkanları səfərbər etdi.  Azərbaycanı sevən, bayrağına dəyər verən, millətinin yanında olan oğullardan biri də Mübariz Mənsimovdur. Mən, Mübariz Mənsimovu şəxsən tanımıram və onu müdafiə etmək üçün şəxsən tanımağıma da ehtiyac duymuram.   Bilirsiniz ki, heç bir günahı olmadan, əsassız ittihamla Mübariz bəyin barəsində həbs qətimkan tədbiri seçiləndən bu günə qədər, istər Türkiyədə, istər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar Mübariz bəyin müdafiəsinə qalxdılar.  Bu müdafiə elə təşkil olundu ki, Mübariz bəyə dəstək adı altında məqsədyönlü insanlar da həqiqi Mübarizsevərlərin içinə sızmağa imkan tapdı.  Hal bu ki, bu saxtakarların yeganə məqsədi,  Mübariz bəyə zərbə vurmaq, Mübariz bəyin müdafisəinə əngəl törətmək və həqiqi Mübarizsevərlərin arasında baş verənləri əks tərəfə çatdırmaq, Mübariz bəyə həsr olunan canlı yayımları pozmaqdan ibarətdir.  

Bu müddət ərzində mən şəxsən apardığım analizlərə dayanaraq bu tipdə olan şəxsləri müəyyən edə bildim.  Bu gün Mübariz Mənsimovun həbsdə olmasını nəzərə alaraq həmin şəxslərin və başında duranın adını açıqlamaq istəmirəm.

Biləsiniz ki, aramıza  sızmış satılmış olan bu saxtakarlar hər gün artmaqdadır və bu addımlar məqsədyönlü şəkildə atılır. Çox təəssüf edirəm ki, bəzi həqiqi Mübarizsevərlər də həmin saxtakarlardan və satılmışlardan olan şəxslərin xoşagəlməz hərəkətlərinə bilmədən, onlara inanmaqla dəstək verirlər. İşin ən acı tərəfi budur !

Əziz dostlar, dəyərli oxucular.

Dünənki canlı yayımda baş verənlər də məhz həmin saxtakarların müdaxiləsi nəticəsində baş verdi. Nə yazıq ki, həqiqi Mübarizsevərlər rəy bölümündə yaradılan şounun məqsədinə varmadan həmin şəxslərə dəstək verməyə başladılar.  Hal bu ki, onların əvvəldən elə məqsədləri  belə bir vəziyyət yaratmaq idi. Vəzifələri isə Mübariz Mənsimovu dəstəkləyənləri  parçalamaqdı.   Bu gün canlı yayımın paylaşımlarına nəzər salanda  gördüm ki,  399 paylaşımdan 308-I qalıb. 90 nəfərdən yuxarı  insan paylaşımlarını siliblər. İndi soruşsan deyərlər ki,  bu canlı yayımda qalmaqal oldu, ona görə sildik ki, düşmənlərimiz bundan istifadə edə bilərlər.  Əslində bu yanlış bir yanaşmadır.  Çünki düşmən o yayımdan istifadə etmək istəsə, mən yayımı silməmişəm, elə ordan götürüb istifadə edər.  Hal bu ki, mən bir hüquqçu olaraq bilirəm ki, mənim  o  canlı yayımımda Mübariz bəyin əleyhinə istifadə ediləsi heç bir şey yoxdur və  o yayımdan düşmən istifadə etməz.  Əksinə istifadə etmiş olsa  bu vəziyyət Mübariz bəyin xeyrinədir.  Xeyrinə olduğu üçün də istifadə etməsi mümkünsüzdür.

Digər tərəfdən qeyd edim ki, paylaşımlarını silən 90 nəfər insanın içində həmin saxtakarlardan da var və onların sifarişi ilə Mübariz bəyin dəstəkçiləri də paylaşımlarını silməklə onların məqsədli istəklərini yerinə yetirdilər. 

Çünki o saxtakarlar və satılmışlar, Mübariz bəy üçün ilk canlı yayım açan Fuad Abbasovu məhz buy olla susdurdular.  Hazırda Azərbaycanda  Mübariz Mənsimovu dəstəkləyən və canlı yayımlar edən Ümid Tv Azərbaycan kanalıdır ki, artıq  parçalama yaratmaqla həmin satılmışlar öz istəklərinə  bu dəfə də nail olurlar.  Ümid Tv Azərbaycan kanalından başqa Azərbaycanda Mübariz bəyə dəstək olan bir kanal yoxdur. Əgər siz həqiqi Mübarizsevərlər o satılmışların arzularını həyata keçirirsinizsə, daha mənim sizə sözüm yoxdur.

İstəyirəm biləsiniz ki,  mən Ümid Tv Azərbaycan kanalının rəhbəri Rəhman Cəbiyev olaraq Mübariz Mənsimov azadlığa çıxana qədər onu müdafiə edəcəm və ona dəstəklə bağlı  canlı yayımıma 1 nəfər baxmış olsa belə canlı yayımlar edəcəm.

Mən hüuqçuyam və  mübarizəm sivil hüquqi mübarizədir.  Şantajçı saxtakarlar məni  oyunlarına cəlb edə bilməzlər və dəstəyimə mane ola bilməzlər.  Daha biz birlikdə güclüyük demiyəcəm. Çünki birlik görmədim.  Tək də qalib gəlmək mümkündür. Çünki o qalibiyyəti tək olan Allah qazandırır !

Hörmətlə:  Rəhman Cəbiyev Ümid Tv Azərbaycan.

 

 

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı