SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/753_lerikd-n-bas-verir-perasora-k-ndin-asi-olan-m-mur-

SON XƏBƏR

Hamısı

LERİKDƏ NƏ BAŞ VERİR, PERASORA KƏNDİNƏ ASİ OLAN MƏMUR KİMDİR, İCRA NÜMAYƏNDƏSİ İŞDƏN NİYƏ ÇIXARILIB?

(3 Yil, 9 Ay öncə) 1,97 B İzlenme 0 Yorum
Lerik rayonunun Perasora kəndində acınacaqlı vəziyyət davam edir.

ÜMİDTV.com:         Biz Lerik rayonunda çəkilişlər apararkən, ilk öncə rayonun məsul şəxsinin geniş müsahibəsinə dayanaraq, adı çəkilən  və adı çəkilməyən  kəndlərdə çəkilişlər həyata keçirdik.  Bəzi kəndlərdə rayonun məsul şəxsinin geniş hesabatında dilə gətirdikləri 50 faiz təsdiqini tapsa da, təsdiqini tapmayan kəndlərin də olduğunu müşahidə etdik. Bütün çəkilişlərimnizi efirdə yayımlasaq da bəzi çəkilişlərimiz məqsədyönlü şəxslər tərəfindən sosial şəbəkələrdə əsassız şikayətlər edilməklə spam halına gətirildi. Buna baxmayaraq həmin çəkilişləri təkrar olaraq canlı yayımlarımızda efirə verəcəyik ki, bir daha bu işdə əli olanlar, çirkin niyyətlərinin üzə çıxmasını istəməyənlər  baxıb utansınlar.

Əziz oxucular. 

Lerik rayonunun Perasora adlı bir kəndi var. Bu kənd sanki Lerik rayonuna aid olmayan, yəni diqqət edilməli kəndlərin sırasından kənarda olan bir kənddir.  Bu kəndin işıqlandırılmasını təmin edən elektrik dirəyləri, lori dildə desək,  Nikolay dövründən qalma elektrik dirəyləridir. İllərin keçməsinə baxmayaraq bu köhnə elektrik dirəylərinin ömrü başa çatsa da, Perasora kənd sakinlərinə hansısa səbəblərdən asi olanlar, bu sınıq-salxaq dirəkləri yenisi ilə əvəz etmək istəmirlər. Bu kəndin problemi təkcə elektrik dirəyləri ilə bitmir. 

Xatırlayırsınızsa Ümid Tv Azərbaycan kanalında Lerikin Perasora kənd sakinlərinin yığışıb öz vəsaitləri hesabına kənd yolunu təmir etmələri barədə kadr yayımlamışdıq.  Həmin kadrdan dərhal sonra rayonun məsul şəxsləri həmin kəndə gedib yolun şəxsi vəsaitlər hesabına təmirini dayandırmış və bildirmişlər ki, yol dövlət hesabına təmir olunacaq. Lakin bu günə qədər Perasora kəndinin yol problemi eyni ilə qalmaqdadır. Lerikin möcüzələrini anlamaq üçün, həmin kəndi əhatəsinə alan dağları qucaqlayan daşlara səsləndik, daşdan səs çıxdı, ama bu rayonun məsul şəxslərindən bu günə qədər bu kəndə aid səs çıxmadı. 

Qeyd edək ki, kənd camaatını narahat edən digər bir məsələ də kəndin qaz problemidir.  Hələ ki, qazlaşmaya həsrət qalan kəndlərin sırasında Perasora kəndi yer alsa da, son günlər Lerikin problemlərindən danışanların dilində bu kəndin qaz və digər problemləri yer almır.  Bir sözlə Perasora kəndində acınacaqlı həyat hələ də davam edir. Bu kəndə düşmən kəsilənlər kimlərdir ?!

Hələ kənd icra nümayəndəsinin müvainin hansı səbəblərə görə işdən uzaqlaşdırılmasını demirik. Bütün bu problemlərə Lerik rayonuna edəcəyimiz növbəti səyahətdə aydınlıq gətirəcəyik.  

Davamı var...!

Müqabil Hüseyn /  Ümid Tv Lerik Perasora 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı