SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/720_deputat-elman-n-sirovdan-erm-nip-r-stl-r-s-rt-cava

SON XƏBƏR

Hamısı

DEPUTAT ELMAN NƏSİROVDAN ERMƏNİPƏRƏSTLƏRƏ SƏRT CAVAB GƏLDİ - ÜMİD TV

(3 Yil, 9 Ay öncə) 1,70 B İzlenme 0 Yorum
Rus xalqının dahi şairi Aleksandr Puşkin özünün qəhrəmanının dili ilə ermənilərə xitabən söyləyirdi ki, "sən oğrusan", "sən qorxaqsan", "sən ermənisən".

ÜMİDTV.com:        Rus xalqının dahi şairi Aleksandr Puşkin özünün qəhrəmanının dili ilə ermənilərə xitabən söyləyirdi ki, "sən oğrusan", "sən qorxaqsan", "sən ermənisən". 
Bundan sonra ermənilər ayağa qalxdılar,  Puşkinə qarşı çox böyük hücuma keçdilər, ittiham etməyə başladılar. Hətta istəyirdilər ki, bu cür böyük, dünya səviyəli, dahi bir şairi yer üzündən silsinlər. Bundan əlavə hətta ona şər böhtan atmağa başladılar ki, "hər kəsin tanıdığı Puşkin əsl Puşkin deyil, əsl Puşkini tanıdığınız Puşkin öldürüb, onun şeirlərini oğurlayıb və saxta şairdir".
Fikir verək, rusların Puşkin kimi nəhəng, dünya poeziyasına böyük töhfə verən bu şairi ermənilərin əsl xislətini açdığına görə yer üzündən silmək istəyirdilər. 

Bu sözləri Ümid Tv-yə açıqlamasında Millət Vəkili, politoloq Elman Nəsirov söyləyib. Deputat qeyd edib ki, böyük söz ustadı erməni ilə oğru və qorxaq sözləri arasında sıx bağlılıq yaradıb və onları sinonim söz kimi təqdim etmişdir. Mən isə yeni şəraitdə XXI əsrin reallığında Puşkinə istinadən söyləyirəm ki, bu günləri dünyada yeganə bir dövlət Ermənistandır ki, koronavirusun yanında yer aldı, onu müdafiə etdi. 
Və belə vəziyətdə obrazlı şəkildə söylədim ki, əgər bu günləri Aleksandr Puşkin sağ olsaydı erməniyə "sən koronavirussan" deyə bir əlavə də edərdi. Yəni Puşkin indiki halda Ermənistan dövlətinin bəşəriyyət üçün olduqca böyük bəla olan koronavirusun yanında olmasını əsas götürərək belə bir ifadə işlədərdi. 
Bu mənim məsələyə bir yaradıcı münasibətimdir və hesab edirəm ki, mövqeyim də tam həqiqəti əks etdirir. 

Mənə qarşı təzyiq, təhqir kompaniyasına başlayır, məni ittiham edirlər ki, mən xalqı təhqir etmişəm. 

Mən hansı xalqı təhqir etmişəm?! Nə vaxtdan erməni xalqı sizin xalqınız olub?! Nə vaxtdan erməniləri özünüzə bu qədər doğma bilirsiniz?! 

Bəli, mən Ermənistan dövlətini, hakimiyyətini ittiham etmişəm. Fikirlərimi də söyləyərkən Puşkinə istinad etmişəm. Bu isə yaman sizin xətrinizə dəyib. 
Mən dəhşətə gəldim, nə baş verməkdədir?! Mən ki bu sözləri düşmənimizə qarşı istifadə etmişəm, mən ki bu sözləri Xocalı soyqırımını həyata keçirmiş, 1 milyondan artıq qaçqının yaranmasına bais olan, bu günlərdə 12 şəhidimizin olmasına səbəb olan dövlətə qarşı istifadə etmişəm. O dövlət ki, qaragen kimi faşistə heykəl qoyub, faşisti təbliğ edir, faşist dövlətidir. Və mən də bu dövlətin siyasətini qiymətləndirərkən koronavirusun müttəfiqi adlandırmışam. Düşünürəm ki, olduqca yumşaq bir ifadədən istifadə etmişəm. 
Amma fikir verirsinizmi necə ayağa qalxıblar. Hesab edirəm ki, "Millət Vəkili Elman Nəsirovun Ermənistan dövləti əleyhinə istifadə etdiyi bu fikirlər etiraz edənlər kimlərdir?!" sualı Azərbaycan cəmiyyətində müzakirə olunmalıdır. 
Hətta bəziləri biraz da qabardıb ki, "ermənilər haqqında belə ifadələr işlətmək olmaz, belə olan halda Beynəlxalq təşkilatlar bizlərə nə deyər, necə münasibət bəsləyər?"
Hansı Beynəlxalq hüquq?! Siz hansı Beynəlxalq Hüquqdan danışırsınız?! BMT-nin Təhlükəsizlik Şurasından daha böyüyü varmı?! Həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub ki, Təhlükəsizlik Şurasının qətnaməsinin icrası icbaridir. 
Niyə icra olunmur?! Niyə həyata keçirilmir?! Beynəlxalq hüquqmu var?! 
Ayıb olsun sizə, özünü "Azərbaycanlı" adlandırıb erməni kimi aparanlar! - deyə Elman Nəsirov vurğulayıb.

Elcan Məmiyev / Ümid Tv Azərbaycan


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı