SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6694_s-hid-bas-leytenant-teymur-m-cidzad-ni-yaxindan-ta

SON XƏBƏR

Hamısı

ŞƏHİD BAŞ LEYTENANT TEYMUR MƏCİDZADƏNİ YAXINDAN TANIYAQ-FOTO

(2 Yil, 6 Ay öncə) 17,73 B İzlenme 0 Yorum
ŞƏHİD BAŞ LEYTENANT TEYMUR MƏCİDZADƏNİ YAXINDAN TANIYAQ-FOTO

ÜMİDTV:    Vətən torpaqdan başlayır. Torpaq isə müqəddəsdir. Məhz bu müqəddəsliyə görədir ki, bu Vətəndə boya-başa çatan hər bir gənc Vətənin ağır günündə torpaq uğrunda canını sipər edir.

30 ildən artıq düşmənin işğalı altında olan torpaqlarımızın bir gün azad ediləcəyi günü hər birimiz səbrsizliklə gözləyirdik.  2020-ci il isə düşmən tapdağında olan torpaqlarımızın azadlığına qovuşması ili kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin Əmri ilə başlanan Vətən savaşına qatılmaq üçün bütün Azərbaycan xalqı ayağa qalxdı. Vətən uğrunda döyüşlərə isə Vətənimizin qəhrəman igidləri qatıldı. Torpaqlarımızın azad olunması qəhrəman şəhidlərimizin, Qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində baş tutdu. Biz bu Zəfərə görə tarix yazan Qəhrəman şəhidlərimizə, Qazilərimizə, Əsgər və Zabitlərimizə borcluyuq. Təbii ki, Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan Xalqının bu Zəfərdə payı var. Lakin Vətəni həyatından üstün tutan şəhidlərimizə hər zaman borcluyuq.

Həmin Qəhrəmanlardan biri də Şəhid Baş leytenant  Teymur Məcidzadədir.

Ötən gün, yəni 08 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbə 3 nömrəli Tam Orta Məktəbin şəhidimiz Teymur Məcidzadə adına 1d sinfi doğum günü ilə əlaqədar şəhidimizi yad etdilər.  

Sinifin müəllim və şagird kollektivi şəhidimizin məzarını ziyarət edəndən sonra, ailəsinə baş çəkiblər.

Qeyd edək ki, Ümid TV Azərbaycan kanalının əməkdaşları həmin gün şəhidimizin həyat yolu ilə bağlı çəkilişlər aparıb.

İndi isə şəhid Baş Leytenant Teymur Məcidzadənin həyat yoluna nəzər salaq.

* Teymur Tehran oğlu Məcidzadə1992-ci il oktyabrın 10-da  Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub.  1993-cü ilin avqust ayında  Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra, Məcidzadələr ailəsi  Xətai rayonunda  məskunlaşıblar. 2010-2014-cü illərdə  "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alıb. Teymur Məcidzadə  həmçinin "Neftçi" FK-nun sadiq fanatlarından olub.  Şəhid Teymur Məcidzadə subay idi.

* Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan  Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən  döyüşlər  zamanı şəhid olub.  Qəhrəman şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti  İlham Əliyevin  Sərəncamlarına əsasən "Vətən uğrunda",  Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə",    "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr diləyirik.

Qeyd edək ki, şəhid Teymur Məcidzadənin həyat yolu haqqında xüsusi reportajımız növbəti həftə Ümid Tv Azərbaycan kanalında ictimaiyyətə təqdim olunacaq.

Ümid Tv Azərbaycan

 

 

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı