SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6677_elman-n-sirov-secicil-ri-il-gorus-kecirib

SON XƏBƏR

Hamısı

Elman Nəsirov seçiciləri ilə görüş keçirib

(2 Yil, 6 Ay öncə) 1,18 B İzlenme 0 Yorum
Elman Nəsirov seçiciləri ilə görüş keçirib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov oktyabrın 4-də 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan İnilli,Məmmədcanlı, Novruzallı və Bayxanlı kəndlərində seçiləri ilə görüş keçirmişdir. Görüş çərçivəsində İnilli və Məmmədcanlı kəndlərinə mavi yanacağın çəkilişi ilə bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılmışdır. Kənd sakinləri onların sosial problemlərinin həlli istiqamətində, xüsusilə də mavi yanacağa olan tələbatın ödənilməsi istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini ifadə etdilər. 
Millət vəkili Elman Nəsirov oktyabr ayının 5-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonu Dələli kəndindən şəhid Rahid Cəfərovun və Uzuntəpə kəndindən şəhid Rəşad Quliyevin şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak etmişdir. Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir. 
 Deputat Elman Nəsirov oktyabrın 5-də Cəlilabad rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Məşədilər kənd sakini Təyyar Səfərovu, Üçtəpə kənd sakinləri Laçın Əhmədovu və Arif Əhmədovu, Ləkin kənd sakini Həsrət Quliyevi, Məlikqasımlı kənd sakinləri Məcid Mehtiyevi və Faiq İskəndərovu, Təklə kənd sakinləri Davaxan Mahmudovu, Oqtay Babayevi və Famil İsmayılovu, Ocaqlı kənd sakini İlqar Həsənovu, Alar kənd sakinləri Famil Səlimovu, Rauf Bayramovu və Ədalət Məmmədovu, Mikayıllı kənd sakinləri Nurəddin Əliyevi, Fəxrəli Abdullayevi və Gülməmməd Ağaşovu, Abazallı  kənd sakini Sidqiəli Yadullayevi, Uzuntəpə kənd sakini Marif Bayramovu, Əliqasımlı  kənd sakini Nurəddin Abıyevi, Cəlilabad rayon sakini İlqar İsmayılovu, Babalı kənd sakini  Namiq Ağayevi qəbul etmişdir. Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, şəhid adının əbədiləşdirilməsi, elektrik xəttlərinin yenisi ilə əvəz olunması, fermerlərə subsidiyanın verilməsi, qaz çəkilişi və avtomobil yollarının təmiri ilə bağlı məsələləri dilə gətirdilər. Bəzi məsələlər yerindəcə öz həllini tapdı. Həllini tapmayan məsələlər ilə bağlı deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verdi.
 
Elcan Məmiyev / Ümid Tv Azərbaycan


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı