SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6503_ilham-liyev-v-mehriban-liyeva-baki-avropa-liseyini

SON XƏBƏR

Hamısı

İlham Əliyev və Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında

(2 Yil, 7 Ay öncə) 456 İzlenme 0 Yorum
İlham Əliyev və Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə məlumat verib.

 

İnşasına ötən il başlanılan bu tədris müəssisəsində 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana müəllimlərin və şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır.

 

Qeyd edək ki, istedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir. Hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.

Liseyin özünəməxsus təhsil modeli var. Mühəndis, robot, iclas, incəsənət, elm və kids zonalarına bölünən steam otaqda şagirdlər üçün müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılıb.

 

Məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində çox əhəmiyyətli layihələr ardıcıl şəkildə həyata keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar, bilik və bacarıqlara yiyələnən, daim rəqabətə davamlı insan resurslarının təmin edilməsinə böyük töhfə verir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunub, müasir innovativ tədris üsulları uğurla tətbiq edilib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı