SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6344_misirli-jurnalist-xaribulbul-haqqinda-m-qal-yazib-

SON XƏBƏR

Hamısı

Misirli jurnalist Xarıbülbül haqqında məqalə yazıb - FOTO

(2 Yil, 7 Ay öncə) 1,25 B İzlenme 0 Yorum
Misirli jurnalist Xarıbülbül haqqında məqalə yazıb - FOTO

Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Xarıbülbül sadəcə çiçək deyil. Qarabağın yaşayan əfsanələri” sərlövhəli məqaləsi dərc olunub.

Bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtında olmuş misirli jurnalist yazır: “Cənubi Qafqaz dağlarında 400-dən artıq çiçək növü olduğu bildirilir. Onların sırasında Azərbaycanın Qarabağ bölgəsində bitən Xarıbülbül bir çox qədim əfsanələrdə yer alıb və bu dastanlar nəsildən-nəslə keçib. Bu nadir çiçək məhəbbət və sədaqətin rəmzinə çevrilib. Xarıbülbülün qəribə özəlliyi ondadır ki, bu çiçək yetişdiyi torpaqdan ayrı düşəndə solur və məhv olur. Dünyanın heç bir başqa yerində ona rast gəlinmir. O, Qarabağın ürəyi sayılan Şuşada daha çox bitir və forma etibarı ilə bülbülə bənzəyir. Xarıbülbülün üç ləçəyi var, onlardan ikisi quş qanadını xatırladır, biri isə bülbülün baş hissəsinə oxşayır, həmçinin dağlarda qarın əriməsindən sonra çiçək açaraq baharın müjdəçisi olur”.

Müəllif qədim Şuşada Xarıbülbüllə bağlı öyrəndiyi xalq əfsanələrindən bəhs edir. O diqqətə çatdırır ki, bölgənin rəmzinə çevrilmiş bu çiçəyin təsviri qədim Azərbaycan xalçalarında, habelə ölkənin milli valyutasında əks olunub.

Məqalədə qeyd edilir ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyevin göstərişi ilə 32 il əvvəl keçirilən “Xarıbülbül” festivalı yenidən təşkil olunub. Bu mötəbər tədbir beynəlxalq nüfuz qazanıb və hələ SSRİ dövründə ən mühüm mədəniyyət hadisələrindən biri olub. Bu il Novruz tonqalının da qalandığı festival xüsusi koloriti ilə fərqlənib, klassik musiqidən tutmuş folklor nümunələrinə qədər geniş spektrdə incəsənət örnəkləri təqdim edilib. Tədbirdə əvvəllər festivalda çıxış etmiş Azərbaycanın görkəmli xanəndələri Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova və digərlərinin mahnıları səsləndirilib.

Yazının sonunda vurğulanır: “Xarıbülbül çiçəyi və onun adını daşıyan festival füsunkar təbiəti, təmiz havası, dünyada analoqu olmayan Şuşaya qayıdışın, onun qədim şöhrətinin bərpasının rəmzi oldu. Bu şəhərə gələn qonaqlar onu tək etmək istəmirlər. Əfsanələr isə onların yaddaşında əbədi olaraq qalır”.

Mənbə: AZƏRTAC 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı