SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6259_dunya-t-lasda-iqlim-v-x-rit-l-r-tamamil-d-yis-c-k-

SON XƏBƏR

Hamısı

Dünya təlaşda: İqlim və xəritələr tamamilə dəyişəcək - YENİ DÖVR BAŞLAYACAQ?

(2 Yil, 8 Ay öncə) 853 İzlenme 0 Yorum
Dünya təlaşda: İqlim və xəritələr tamamilə dəyişəcək - YENİ DÖVR BAŞLAYACAQ?

"İqlim dəyişikliyi sürətlə bir mərhələyə qədəm qoyub. 10 ildə bir müşahidə edilən təbiət hadisələri 2 ildən bir görülməyə başlanıb".
BMT-nın iqlim dəyişikliyi ilə bağlı hesabatı dünya ölkələrində ciddi ajiotaja səbəb olub. Artıq insanlar öz gələcəklərindən ciddi narahatlıq keçirməyə başlayıb. Dünya ölkələri iqlim dəyişikliyinin onlarda hansı fəsadlara yol açacağı barədə ciddi polemikalar başlanıb.

 

Türkiyəli alimlər və iqlimşünaslar hesab edir ki, Türkiyənin də risk altında olan ölkələr sırasında olduğunu qeyd edirlər. Hətta türkiyəli iqlimşünas alim, professor Levent Kurnaz hesab edir ki, iqlim dəyişiklikləri nəticəsində İstanbul 3 adaya bölünəcək.

 

Ölkə.Az xəbər verir ki, bu barədə "haber7"yə açıqlama verən professor L.Kurnaz deyib ki, bu proses qarşıdakı 100 il müddətində baş verəcək: "Qlobal istiləşmə nəticəsində dünyada dəniz səviyyəsi 70 metr qalxacaq. Dəniz səviyyəsinin bu qədər qalxması da, İstanbul 3 adaya böləcək".

BMT-nin hesabatında deyilir ki, qlobal istiləşmə və qütb buzlaqlarının əriməsi nəticəsində qarşıdakı 100 ildə hər il ərzində dəniz səviyyəsinin 80 sm - 1 metr arası qalxması gözlənilir. Dəniz səviyyəsinin qalxması da, istər-istəməz Türkiyəyə də öz mənfi fəsadlarını göstərəcək.

 

Professor Levent Kurnaz bildirib ki, dəniz səviyyəsinin qalxması, Türkiyənin dəniz sahillərində olan şəhərlərinə öz təsirini göstərəcək.

"Buzlar belə tez zamanda əriyərsə, İstanbul, İzmir kimi sahil şəhərlərində qısa zamanda suyun səviyyəsi bir neçə metr qalxacaq. Bu da ciddi fəsadlara yol açacaq", - o deyib.

 

Qlobal istiləşmə nəticəsində təkcə Avropanın deyil. Ümumiyyətlə dünyanın da xəritəsinin dəyişəcəyini qeyd edən Kurnaz bildirib ki, qlobal isinmə nəticəsində dəniz səviyyəsi 70 metr qalxacaq.

 

"Dəniz səviyyəsinin 70 metr yüksəlməsi, bu gün insanların yaşadığı bir çox coğrafi məkanlar su altında qalacaq. İstanbul 3 adaya bölünəcək. Təbii ki, bu, yaxın zamanda olmayacaq. Əgər hesabatda deyildiyi kimi davam edərsə, biz sonunda bununla qarşılaşacağıq. Yəni dünya xəritəsində ciddi dəyişikliklər baş verəcək. Dünyanın buzlaq, meşə, səhra olduğu ərazilər tamamilə dəyişəcək. Saxara səhrası dediyimiz ərazi 6 dərəcə şimala doğru sürüşəcək. Bu dəyişiklik nəticəsində səhra olan ərazilərin bir qismi meşə olmağa başlayacaq. Məsələn, Türkiyənin şimalındakı Trabzon, Samsun, İstanbul kimi əraziləri iqlim dəyişikliyi nəticəsində bu yüz ilin sonunda Antalya, Adana kimi iqlimə sahib olacaq. İqlim dəyişikliyi sürətlə bir mərhələyə qədəm qoyub. 10 ildə bir müşahidə edilən təbiət hadisələri 2 ildən bir görülməyə başlanıb. Yanğınlar, sel daşqınları, fırtınalar və digər təbii fəlakətləri buna misal çəkmək olar. Bir də görürsən ki, 6 ay olan quraqlıq mövsümü 2 ilədək davam edir", - iqlimşünas alim deyib.


Mənbə: BiG.Az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı